AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Didye Deşam hakimliyi tənqid etdi: "Yarımfinalı idarə etməyə hazır idimi?"

  • + A
  • - A
  • Bu gün, 09:50

    Didye Deşam hakimliyi tənqid etdi: "Yarımfinalı idarə etməyə hazır idimi?"


    Fransa millisinin baş məşqçisi Didye Deşam dünya çempionatının yarımfinalında İspaniyaya 0:2 hesablı məğlubiyyətdən sonra hakimliyi sərt tənqid edib.

    L'Équipe nəşrinin məlumatına görə, Deşam bildirib:

    "Nəsə desəm, uduzduğumuz üçün şikayətçi kimi görünəcəyəm. Amma sizdən soruşuram: hakim yarımfinal oyununu idarə etmək vəzifəsinin öhdəsindən gəldimi? Penalti var idi, amma məsələ təkcə bunda deyil. Bütün epizodlar bir araya gələndə mənzərə fərqli görünür."

    Qarşılaşmada hesab 22-ci dəqiqədə Mikel Oyarzabalın penaltidən vurduğu qolla açılıb. İkinci hissənin əvvəlində isə Pedro Porro fərqi iki topa çatdıraraq İspaniyanın 2:0 hesablı qələbəsini rəsmiləşdirib.

    Digər yarımfinal oyunu iyulun 15-də keçiriləcək. Finala vəsiqə uğrunda İngiltərə və Argentina milliləri mübarizə aparacaq.

    ABŞ, Meksika və Kanadanın birgə ev sahibliyi etdiyi futbol üzrə dünya çempionatı iyunun 11-də başlayıb və iyulun 19-dək davam edəcək. Turnirin son qalibi Argentinadır. Argentina əvvəlki dünya çempionatının finalında məhz Fransanı məğlub edərək çempion olmuşdu.

    Rusiya klubları və milli komandaları 2022-ci ilin fevralından etibarən FIFA və UEFA-nın himayəsi altında keçirilən yarışlardan kənarlaşdırılıb. 2026-cı il fevralın 2-də FIFA prezidenti Canni İnfantino bu qadağanın gözlənilən nəticəni vermədiyini və Rusiya komandalarının geri qayıtması məsələsinə baxılmasının vacibliyini bildirmişdi. Lakin daha sonra The Times yazıb ki, FIFA Şurası Avropa ölkələrinin mümkün tənqidindən ehtiyat edərək bu məsələni gündəliyə çıxarmağı planlaşdırmır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR