AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azərbaycan və Türkiyə medallar cədvəlinə liderlik edirlər

  • + A
  • - A
  • 21-05-2017, 09:57

    Azərbaycan və Türkiyə medallar cədvəlinə liderlik edirlər

















    İran isə üçüncü yerdədir

    Azərbaycan və Türkiyə İslam Həmrəyliyi Oyunlarının ümumi medallar cədvəlinə liderlik etmək uğrunda mübarizəni əzmlə davam etdirirlər.

    Azərbaycan cümə günü keçirilən yarışların nəticəsində yenidən medallar cədvəlində birinci yerə yüksəldi, lakin Oyunların bitməsinə hələ üç gün qaldığını nəzərə alsaq tam qələbədən danışmaq tezdir.

    İran isə müxtəlif idman tədbirlərində əldə etdiyi qızıl medallar sayəsində cədvəldə üçüncü yerdə qərarlaşıb.

    Azərbaycan yığması cümə axşamı keçirilən voleybol yarışında Türkiyə komandasına qalib gələrək və eləcə də, Heydər Əliyev adına İdman-Konsert Kompleksində güləş yarışlarını da qələbə ilə başa vurmaqla medallar cədvəlində önə keçdi.

    Mahir Əmiraslanov (57 kq) və Nurməhəmməd Qazıyev (97 kq) sərbəst güləşdə qızıl medallara layiq görüldülər. Azərbaycan üç gün ərzində güləş yarışlarında qazanılan medalların sayını 11-ə çatdırdı və bunların da altısı məhz qızıl medallardır.

    Elena Çebanu paralimpiyaçı qadınlar arasında 200 m məsafəyə qaçış yarışlarının finalında finiş xəttinə 24.69-ci saniyədə çataraq qızıl medalla mükafatlandırıldı.

    Olqa Bikovskaya qadınlar arasında dayvinq yarışlarında qızıl medala layiq görüldü.

    Bu qələbələr sayəsində Azərbaycan medallar cədvəlində 63 qızıl medalla Türkiyəni (61 qızıl medal) qabaqladı.

    Məğlubedilməz Avropa çempionu Mələk Hu Sərhədçi Arenada qadınlar arasında fərdi tennis yarışlarında ev sahibinin ümid bəslədiyi Ninq Zinqi 4-0 hesabı ilə məğlub etdi.

    Cümə günü keçirilən stolüstü tennis yarışları İran üçün də uğurlu nəticələrlə tamamlandı, belə ki, Noşan Alamian öz qardaşını 4-3 hesabı ilə məğlub edərək İranın qızıl medallarının sayını 20-yə çatdırdı.

    İran həmçinin həmin gün güləş, dayvinq və atletika yarışlarında da qızıl medallar qazandı.

    2016-cı il Asiya çempionu Meisam Nasiri sərbəst güləş yarışlarında 65 kq çəki dərəcəsində azərbaycanlı Maqomed Müslimovu məğlub edərək qızıl medala sahib çıxdı.

    Neçə gündür komanda yoldaşı Şahnəm Nazarpurla birgə indoneziyalı Tri Priambodo və Aldanyah Rafini 3 m tramplin yarışlarında ötmək üçün izləyən Mojtaba Valipur suyatullanma yarışlarında iki qızıl medal qazandı. Valipour cümə axşamı keçirilən yarışları da qızıl medalla başa vurmuşdu.

    İran həmçinin, Bakı Olimpiya Stadionunda keçirilən paralimpiyaçı kişilər arasında 4x100 məsafəyə kompleks yarışlarında da qızıl medallar qazandı. İranın dörd atleti Araş Xoxravi, Əmir Xosravani, Vahid Alinajimi və Hüseyn Səidi üç komanda arasında keçirilən qaçış yarışlarının finalında finiş xəttinə 45.24-ci saniyədə çataraq mübarizəni qalibiyyətlə başa vurdu.

    Bu qələbələr sayəsində İran Azərbaycan və Türkiyədən sonra medallar cədvəlində üçüncü yerə çıxdı.

    Cümə günü keçirilən atletika yarışlarında Bəhreyn üç qızıl medal əldə edib.

    Salva Nasir qadınlar arasında 400 m məsafəyə qaçış yarışlarında komanda yoldaşı Oluvakemi Adekoyaya qalib gələrək qızıl medal qazandı.

    Kişilər və qadınlar arasında 4x100m məsafəyə estafet yarışlarının finallarında bəhreynli atletlər qızıl medallar qazanıblar.

    Həmçinin, həmin gün Bakı Olimpiya Stadionunda keçirilən yarışlarda Qvineya-Bisau və Mozambik bu vaxta qədər keçirilən İslam Həmrəyliyi Oyunlarında ilk qızıl medallarını əldə ediblər.

    Cesika Da Silva İnşud qadınlar arasında diskatma yarışlarında Qvineya-Bisaunun ilk qızıl medalını təmin edib.

    Ardınca Kriv Armando Maçava Seneqal təmsilçisi Amadu Ndiyeni qabaqlayaraq 400 metrlik maneəni 50,73 saniyədə qət etməklə Mozambikə ilk qələbəsini qazandırdı.

    Günün sonunda Rababə Ərəfi qadınlar arasında 1500 m məsafəyə qaçış yarışlarında Mərakeşin komandasının hesabına altıncı qızıl medalı yazdırıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR