AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Keniyada tikilməkdə olan binanın uçması nəticəsində 6 nəfər ölüb

  • + A
  • - A
  • Bu gün, 16:30

    Keniyada tikilməkdə olan binanın uçması nəticəsində 6 nəfər ölüb


    Keniyanın paytaxtı Nayrobi yaxınlığında tikilməkdə olan binanın uçması nəticəsində azı 6 nəfər həyatını itirib.

    Bu barədə “Reuters” agentliyi yerli “Citizen TV” telekanalına istinadən məlumat yayıb.

    Hadisə Nayrobidən Mombasaya gedən avtomobil yolu üzərində, yüksəksürətli dəmir yolunun son stansiyasının yaxınlığında yerləşən Mlolonqo rayonunda baş verib.

    Məlumata görə, hadisə nəticəsində 6 nəfər ölüb. Yaralıların sayı və onların vəziyyəti barədə hələlik məlumat verilməyib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR