AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Gəlinə başdan-ayağa qızıl taxdıran şəxsin həyat yoldaşı da saxlanıldı

  • + A
  • - A
  • Bu gün, 15:03

    Gəlinə başdan-ayağa qızıl taxdıran şəxsin həyat yoldaşı da saxlanıldı


    Türkiyədə qeyri-adi toy mərasimi ilə gündəmə gələn Mehmet Fatih Tançalanın həyat yoldaşı Çağla Öz Tançalan İstanbulda saxlanılıb.

    Məlumata görə, cinayət yolu ilə əldə edilmiş əmlakın yuyulması ittihamı üzrə həbs edilən Mehmet Fatih Tançalanla bağlı istintaq çərçivəsində həyat yoldaşı barəsində də saxlanılma qərarı çıxarılıb.

    Çağla Öz polis bölməsindəki prosedurlardan sonra məhkəməyə göndərilib.

    İstintaq zamanı ifadə verən Mehmet Fatih Tançalan toyda həyat yoldaşına taxılan qızılların ona məxsus olmadığını iddia edib. O bildirib ki, qızıllar reklam məqsədilə müvəqqəti olaraq gətirilib və toy mərasimi başa çatdıqdan sonra geri qaytarılıb.

    Tançalan, həmçinin toy xərclərinin sponsorlar tərəfindən ödənildiyini, bəzi ödənişlər üçün dostlarından borc aldığını söyləyib.

    Onun sözlərinə görə, həyat yoldaşı Çağla Öz sosial mediada tanınır və onun paylaşımlarının əksəriyyəti izlənmə və qarşılıqlı əlaqə məqsədi daşıyır. Tançalan bəzi paylaşımların ironiya xarakterli olduğunu da qeyd edib.

    Qeyd edək ki, Mehmet Fatih Tançalan “Vanlı Kara Haydar” adı ilə tanınır. Onun toy mərasimində gəlinə tacından ayaqqabısına qədər qızıl taxılması görüntüləri sosial şəbəkələrdə geniş yayılmışdı. Toyda azərbaycanlı bloqerlərin də iştirak etdiyi bildirilib.

    [video=]


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR