AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Təbii doğuş ilə qeysər kəsiyinin üstün və mənfi cəhətləri

  • + A
  • - A
  • 24-08-2018, 10:00

    Təbii doğuş ilə qeysər kəsiyinin üstün və mənfi cəhətləri














    Uşaqların doğulması həqiqətən, möcüzədir! Hər bir qadın ailə qurduqdan sonra övladını təbii doğuş və ya qeysər əməliyyatı ilə dünyaya gətirməsi haqqında düşünür.

    Bu iki üsul arasından birini adətən qadın özü yox, ginekoloqlar seçir. Onlar hamilə xanımın və övladının səhhətini nəzərə alaraq ana olmağa hazırlaşanlara bu və ya digər üsulu təklif edirlər.

    Publika.az bu yazıda oxucuları təbii doğuş və qeysər kəsiyiinin həm mənfi tərəfləri, həm də üstünlükləri ilə tanış edib.

    Təbii doğuş

    Üstünlükləri: Bir çox ana təbii doğuş zamanı özünü daha rahat hiss edir. Təbii doğuşun əsas üstünlüklərindən biri odur ki, ananın sağalma müddəti daha sürətli baş verir, nəinki qeysəriyyə.

    Təbii doğuş zamanı uşağın nəfəs darlığı problemlərinin yaranması risk azalır, çünki uşağın ağ ciyərlərindəki maye əzələ gərilməsi səbəbindən sıxılır. Uşağın orqanları təhlükəsizlikdə olacaq, həmçinin ananın doğum kanalı vasitəsilə ötürülən sağlam bakteriyaların sayəsində onun immun sistemi əla fəaliyyətdə işləyəcək.

    Çatışmazlıqlar: Təbii doğuş zamanı ana güclü ağrılar hiss edir. Bu, böyük güc, enerji və vaxt tələb edir. Enerji dedikdə biz onu nəzərdə tuturuq ki, körpəni uşaqlıqdan çıxarmaq üçün əzələləri zəiflətmək lazımdır. Bu isə ana və uşağı böyük riskə atır, çünki bəzi anaların gücü və enerjisi çatışmaya bilər.

    Qeysər kəsiyi

    Üstünlükləri: Adətən qeysər kəsiyi o hallarda təyin olunur ki, təbii doğuş zamanı ana və uşaq üçün həyati təhlükə var. Qadına doğuşdan əvvəl bu barədə mütləq xəbərdarlıq edirlər ki, əməliyyata hazır olsun. Həmçinin qeysər kəsiyi təbii üsullarla müqayisədə az ağrılı sayılır.

    Nöqsanlar: İnfeksiya, ölüm və qan itkisi riski artır. Ananın bərpa dövrü daha uzun çəkir, çünki cərrahiyyədən sonra anaya terapiya lazım olur.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR