AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azərbaycan Dövlət Akademik Opera və Balet teatrı “Teatrda bir gün“ layihəsi çərçivəsində tədbir təşkil edəcək

  • + A
  • - A
  • 16-03-2022, 14:15

    Azərbaycan Dövlət Akademik Opera və Balet teatrı “Teatrda bir gün“ layihəsi çərçivəsində tədbir təşkil edəcək

    Martın 27-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Mədəniyyət Nazirliyinin “Teatrda bir gün“ layihəsi çərçivəsində tədbir keçiriləcəkdir. Həmin gün opera və balet sənəti həvəskarları Teatrın səhnə arxası fəaliyyəti ilə tanış ola biləcəklər.
    Tədbir iştirakçıları solistlər, balet artistləri, xor və orkestrin məşq fəaliyyəti ilə yaxından tanış olacaq, həmçinin tamaşaların nümayişini təmin edən texniki heyətin fəaliyyətini müşahidə etmək imkanı əldə edəcəklər.
    Teatra giriş martın 27-si, saat 12-i və 14-də baş tutacaqdır. Tədbirdə iştirak etmək istəyənlər əvvəlcədən 493-94-05 nömrəli telefonla qeydiyyatdan keçə bilərlər.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR