AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

"Bəxt üzüyü"nün Söylüsü: "Onun ölüm xəbərini eşidəndən özümə gələ bilmirəm"

  • + A
  • - A
  • 17-08-2022, 15:00

    "Bəxt üzüyü"nün Söylüsü: "Onun ölüm xəbərini eşidəndən özümə gələ bilmirəm"


    "Firəngiz Rəhimbəyovanın ölüm xəbərini eşidəndən özümə gələ bilmirəm".

    Bu sözləri açıqlamasında Xalq artisti Afaq Bəşirqızı deyib. F.Rəhimbəylinin ölümü ilə bağlı danışan xalq artisti “Bəxt üzüyü” filminin “Sevda”sı ilə cəmi 2 dəfə görüşdüklərini bildirib:

    “Əlaqəmiz yox idi. 90-cı ildə filmə çəkildik. Bu, rejissorun seçimi idi və yaxşı oldu ki, onu seçdi. Çünki Firəngiz həmin rolun öhdəsindən yaxşı gəldi və sevilən rollardan biri də o idi.
    İkinci görüşümüz də çox illər sonra baş tutdu. O vaxt bir dəfə Bakıya gəldi. Həmin vaxt mən Bakıda deyildim, Valehlə birlikdə verilişə çəkildilər. Sonra isə “Bəxt üzüyü 2”də gəldi.
    Ailə qurmuşdu, ABŞ-da yaşayırdı. Hər şey normal idi, yaxşı idi. Həyatından heç bir şikayəti yox idi.

    Onun ölüm xəbərini eşidəndən özümə gələ bilmirəm. Çünki bir var bilirsən xəstədir, bu gün sabah nəsə bir şey ola bilər, amma bir də var ki, Firəngizin xəstəliyi haqqında bir şey eşitməmişəm. Allah rəhmət eləsin. Qızına başsağlığı verirəm. Allah səbir versin”, deyə o söyləyib.

    Qeyd edək ki, müğənni və aktrisa Firəngiz Rəhimbəyli 62 yaşında dünyasını dəyişib. Onun ürəktutmasından öldüyü bildirilir.

    Xatırladaq ki, A.Bəşirqızı "Bəxt üzüyü" filmində Söylü obrazını canlandırıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR