AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Millət vəkili Məşhur Məmmədov Masallıda seçicilərlə geniş tərkibli görüş keçirdi

  • + A
  • - A
  • Bu gün, 13:13

    Millət vəkili Məşhur Məmmədov Masallıda seçicilərlə geniş tərkibli görüş keçirdi


    Milli Məclisin deputatı Məşhur Məmmədov Masallı rayonunda seçicilərlə növbəti görüşünü keçirib. Fərdi qəbul formatından fərqli olaraq, bu dəfə görüş geniş tərkibdə təşkil olunub və vətəndaşları narahat edən məsələlərin birgə müzakirəsinə şərait yaradılıb.

    Görüş zamanı seçicilər tərəfindən müxtəlif təkliflər, fikir və rəylər səsləndirilib. Sosial problemlər, gündəlik həyatla bağlı çətinliklər, eləcə də bölgənin inkişafı ilə bağlı gözləntilər əsas müzakirə mövzuları olub.

    Deputat Məşhur Məmmədov seçicilərlə birbaşa ünsiyyətin fəaliyyətində xüsusi yer tutduğunu vurğulayaraq, vətəndaşların fikirlərini yerində dinləməyin, onların ehtiyaclarını daha yaxından öyrənməyin və qaldırılan məsələlərin həlli istiqamətində addımlar atmağın əsas prioritetlərdən olduğunu bildirib.

    Görüşdə iştirak edən seçicilər də onları narahat edən problemlərin diqqətlə dinlənilməsindən məmnunluqlarını ifadə edərək, belə görüşlərin qarşılıqlı anlaşma və operativ həll baxımından əhəmiyyətini qeyd ediblər.

    Sonda qaldırılan məsələlərin nəzarətdə saxlanılacağı bildirilib, vətəndaşlara fəal iştirak və səmimi fikir mübadiləsinə görə təşəkkür edilib. Deputat və seçicilər birgə əməkdaşlığın bölgənin inkişafına və mövcud problemlərin həllinə töhfə verəcəyinə əmin olduqlarını ifadə ediblər.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR