AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Nizami Səfərov: "İnternet üzərindən qumar oyunlarının təşkili cinayət sayılacaq"

  • + A
  • - A
  • Bu gün, 16:01

    Nizami Səfərov: "İnternet üzərindən qumar oyunlarının təşkili cinayət sayılacaq"

    Nizami Səfərov Millət vəkili
    Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə təklif olunan və virtual formada, o cümlədən internet şəbəkəsindən, mobil rabitə şəbəkəsindən, sosial şəbəkə platformalarından, digər elektron rabitə vasitələrindən, habelə internet və mobil telekommunikasiya tətbiqlərindən və digər texnologiyalara əsaslanan platformalardan istifadə etməklə qumar oyunlarının təşkili və ya keçirilməsini kriminallaşdıran dəyişiklik konseptual baxımdan virtual məkanda törədilən cinayət əməllərinin qarşısının alınması və onlara görə cinayət məsuliyyətinin və cəzanın labüdlüyünü təsbit edir.

    Müasir cinayətkarlığın strukturu və dinamikasının müşahidə olunan uzunmüddətli meyylər birmənalı olaraq nümayiş etdirir ki, mütəşəkkil cinayətkar qruplar və fərdi kriminal elementlər cinayət yolu ilə əldə edilən gəlirlərin leqallaşdırılması, virtual aktivlərin dövriyyəsi sahəsində kiber-dələduzluq, surətlə inkişaf edən və artıq neqativ beynəlxalq trendə çevrilən qanunsuz gumar oyunlarının təşkili – qemblinqin, törədilməsi məqsədi ilə informasiya kommunikasiya texnologiyalarından fəal formada istifadə edirlər.

    Nəzərə almaq lazımdır ki, virtual məkanda gumar oyunlarında iştirak edən şəxslər həddindən artıq ciddi xarakter daşıyan təhlükələrlə üzləşirlər. Bu sırada xüsusi olaraq fərdi məlumatların, məsələn bank məlumatlarının, cinayətkar qruplar tərəfindən ələ keçirilməsi və qanunsuz olaraq istifadə olunması qeyd edilməlidir. Tamamilə aydındır ki, bu cür əməllər insanlar üçün çox ağır nəticələrə, əhəmiyyətli maliyyə itkilərinə gətirib çıxara bilər.

    İnformasiya-kommunikasiya texnologiyalarının vasitəsi ilə fərdi məlumatların əldə edilməsi, emalı, toplanması və ötürülməsi əsaslı formada asanlaşmışdır və qumar oyunalrında iştirak edən şəxslər öz razılıqlarını cinayətkarlara verdikdə şəxsi xarakter daşıyan oyunçu məlumatlarının qanunsuz olaraq emal etməyə imkan yaratdıqdan xəbərsiz olurlar və belə bir vəziyyət müxtəlif cinayətlərin törədilməsi üçün münbit zəmin yaradır.
    On-line qumar oyunları iştirakçılarının fərdi məlumatlarının geniş çapda yayılması təhlükəli xarakter daşıyır və gələcəkdə müxtəlif cinayət əməllərinin – çirkli pulların leqallaşdırılması, oğurluq, maliyyə fırıldaqçılığı və sair qanuna-zidd əməllərin törədilməsində istifadə oluna bilər.

    Məsələn, bir müddət əvvəl Google və Yahoo kimi standart axtarış sistemləri ilə indeksləşdirilməyən İnternetin görünməyən hissəsi -Darknetdə 10 milyon on-line qumar oyunçuların fərdi hesablarında olan şəxsi məlumatlar toplusu - elektron poşt ünvanları, telefon nömrələri, yaşadıqları ünvanlar, maliyyə məlumatları və sairə satışa çıxarılmışdır. Bu çox təhlükəli tendensiyadır və onun qarşısının alınmasında cinayət-hüquq vasitələrindən səmərəli formada istifadə etmək lazımdır və müzakirəyə təqdim edilən lahiyə bu istiqamətdə əhəmiyyətli addımı nəzərdə tutur.
    Ayrıca olaraq qeyd etmək istərdim ki, qanunazidd, nəzarətsiz qumar oyunlarında iştirak edən şəxslər həmçinin ciddi təhlükə yaradan qumar oyunalrında patoloji asılılığ – ludomaniya ilə üzləşə bilərlər.

    Qanun layihəsinin qəbulu əhəmiyyətli xarakter daşıyacaq və virtual məkanda cinayət fəaliyyətinin qarşısının alınmasında və cinayət törədən şəxslərin cəzalandırılmasında əhəmiyyətli rol oynayacaq.
    Diqqətinizə görə təşəkkür edirəm.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR