AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Cavanşir Paşazadə: Artıq qürur hissi ilə torpaqlarımızın işğaldan azad olunduğu tarixləri qeyd edirik

  • + A
  • - A
  • 20-10-2021, 19:25


    Cavanşir Paşazadə
    Milli Məclisin deputatı 


    Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun qəhrəmanlığı sayəsində üçrəngli  bayrağımızın işğaldan azad edilən ərazilərimizdə dalğalanmasından qürur hissi ilə bəhs edərək bildirib ki, hazırkı dövrün ən böyük xoşbəxtliyi  bu torpaqlarımızın azad olunduğu tarixləri qeyd etməyimiz, ilk gündən bərpa və quruculuq işlərinə start verilməsi, soydaşlarımızın Böyük Qayıdışa hazırlaşmasıdır: «Oktyabrın 20-si  Zəngilan rayonunun işğaldan azad edildiyi tarixdir. Digər işğaldan azad edilmiş ərazilərimizdə olduğu kimi, Zəngilanda da bərpa və quruculuq işləri geniş vüsət alıb. 27 ildən sonra azadlığa qovuşan Zəngilan bu gün sevincli anlarını yaşayır. Artıq soydaşlarımız «Biz qaçqın deyilik» söyləyərək doğma yurd-yuvalarına qayıdacaqları günü gözləyirlər.»

    C.Paşazadə vurğulayıb ki, işğaldan azad edilmiş torpaqlarımız erməni vəhşiliyinin şahidləridir: «Hər daşı, qayası bir tarix olan bu ərazilərimiz işğal dövründə yaşadıqlarını dünyaya çatdırır. Bütün evlər dağıdılıb, təbiət ekoloji terrora  məruz qalıb. Bu ərazilərimizə səfər edən hər kəs dövlət başçısı İlham Əliyevin hər zaman bəyan etdiyi kimi, dünya  bizim neçə illərdir necə vəhşi ilə üz-üzə qaldığımızı  görür. Ermənilər bütün mədəni və dini abidələrimizi  tamamilə dağıtmaqla öz çirkin niyyətlərini həyata keçirməyə  çalışsalar da, amma unudurdular ki, gec-tez  torpağın əsl sahibi gələcək, dağıntılar quruculuqla əvəzlənəcək, Ermənistana və ona havadarlıq edən dövlətlərə ədalət və beynəlxalq hüquq dərsi keçərək bu məfhumların zamana və məkana görə tətbiqinin hansı faciələrə yol açdığını nümayiş etdirəcək. O gün gəldi və dünya həqiqətləri gördü.»

    «Dövlət başçısı İlham Əliyevin Fərmanı əsasında artıq iqtisadi rayonlarımızın yeni bölgüsü aparıldı. Bu  mühüm addım da dünyaya mesaj oldu. Artıq Dağlıq Qarabağ münaqişəsi tarixə qovuşub. «Dağlıq Qarabağ» deyilən ərazi vahidi yoxdur. Şərqi  Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilanın malik olduğu potensial imkanlardan səmərəli istifadə edilməklə ölkənin dayanıqlı  inkişafına böyük dəstək veriləcək. Yol infrastrukturu yenilənib.  Bütün yollar köçkünlərin öz yurdlarına qayıdışını sürətləndirir», -deyə millət vəkili bildirib.

    C.Paşazadə qeyd edib ki, beynəlxalq hava limanlarının  tikildiyi ərazilərdə  biri də Zəngilandır.  Zəngilanda Beynəlxalq Hava Limanının da təməli qoyulub. Bu hava limanı digər nəqliyyat infrastrukturu ilə birgə bölgənin inkişafında mühüm rol oynayacaq. Ermənilərin işğalçılıq siyasəti nəticəsində dağıdılmış torpaqlarımızda nəqliyyat infrastrukturu ilə yanaşı, şəhərlərimizin və kəndlərimizin ən müasir texnologiyalara əsaslanan quruculuq konsepsiyası əsasında bərpası da uğurla icra edilir.  Ölkə Prezidenti İlham Əliyevin iştirakı ilə birinci “ağıllı kənd” pilot layihəsinin təməli  Zəngilan rayonunun Ağalı kəndlərində qoyulub.  Layihə uğurla həyata keçirilir,  2021-ci ilin əvvəllərində layihənin  başa çatacağı, bu kəndlərin öz sakinlərini qarşılayacağı bildirilir.»

    «Artıq tarixə yazılan Zəfər Gününün birinci ildönümü ərəfəsindəyik» söyləyən millət vəkili dövlət başçısı İlham Əliyevin ötən  bir ildə işğaldan azad olunan ərazilərimizə davamlı səfərlərinə diqqət yetirməyin kifayət olduğunu bildirib: «Hər bir səfər mühüm məqamlarla  yadda qalır. Yeni sosial obyektlərin təməlinin qoyulması, ən əsası şəhərlərin və  kəndlərin yeni texnologiyalar əsasında qurulmasına diqqət göstərilməsi insanların bütün rahatlığının təmin olunmasına yönəlib. Məqsəd 30 il torpaq həsrəti ilə yaşayan, dövlətin hər bir diqqət və  qayğısı ilə  təmin olunsalar da  hər zaman oz doğma yurd-yuvalarına  qaydacaqları günü səbirsizliklə gözləyən soydaşlarımıza yüksək həyat səviyyəsini bəxş etməkdir. Böyük Qayıdış bu torpaqlara yeni nəfəs gətirəcək, həyat başlayacaq. Regionlar üzrə aparılan ictisaslaşmaya uyğun olaraq işğaldan azad edilmiş ərazilərimiz də bu bölgüyə daxil edilərək, ənənəvi kənd təsərrüfatı sahələrinin inkişafına dəstək olacaqlar. Cənab İlham Əliyevin Sərəncamı əsasında təsdiqlənən «Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər»də də bu hədəflər öz əksini tapıb. Hədəflər möhtəşəm uğurlardan xəbər verir»,- deyə millət vəkili vurğulayıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR