AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Türkiyə XİN-dən Bakı-İrəvan sülh sazişinə ümid ifadə olundu

  • + A
  • - A
  • Bu gün, 19:45

    Türkiyə XİN-dən Bakı-İrəvan sülh sazişinə ümid ifadə olundu

    Türkiyənin Xarici İşlər Nazirliyi Ermənistanda iyunun 7-də keçirilmiş parlament seçkiləri ilə bağlı bəyanat yayıb.

    Nazirliyin açıqlamasında bildirilib ki, Türkiyə Ermənistanda keçirilən parlament seçkilərinin sülh və sabitlik şəraitində uğurla başa çatmasını məmnunluqla qarşılayır.

    “2026-cı il iyunun 7-də Ermənistanda keçirilmiş parlament seçkilərinin sülh və əmin-amanlıq mühitində uğurla başa çatmasından məmnunuq”, – deyə bəyanatda qeyd olunub.

    Türkiyə XİN seçkilərin nəticələrinin Ermənistan xalqının rifahına xidmət etməsini arzuladığını da vurğulayıb.

    Bununla yanaşı, rəsmi Ankara seçkilərdən sonrakı dövrdə Bakı ilə İrəvan arasında yekun sülh sazişinin imzalanması üçün əlverişli şəraitin formalaşacağına ümid etdiyini bildirib.

    “Bu məqsədlə Türkiyə bundan sonra da region ölkələrinin ortaq maraqları əsasında sabitlik və rifahın möhkəmləndirilməsinə öz töhfəsini verməyə davam edəcək”, – deyə Türkiyə Xarici İşlər Nazirliyinin bəyanatında qeyd olunub.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR