AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

İran əməliyyatların dayandırıldığını elan etdi: “Yeni hücumlar olarsa, daha dağıdıcı cavab veriləcək”

  • + A
  • - A
  • 9-06-2026, 08:56

    İran əməliyyatların dayandırıldığını elan etdi: “Yeni hücumlar olarsa, daha dağıdıcı cavab veriləcək”

    İranın “Xatəm əl-Ənbiya” Mərkəzi Qərargahı bazar ertəsi yaydığı bəyanatda bildirib ki, “sionist rejimin” Cənubi Livan və Dahiya bölgəsinə qarşı həyata keçirdiyi hücumlara cavab olaraq İran Silahlı Qüvvələri hərbi əməliyyatlar həyata keçirib.

    Bəyanatda qeyd olunub ki, bu əməliyyatlar Livan xalqına dəstək məqsədilə və ABŞ-ın dəstəklədiyi hücumlara cavab olaraq həyata keçirilib. İran tərəfi vurğulayıb ki, verilən cavab “saxta sionist rejim və onun tərəfdarları üçün dərs olmalıdır”.

    Qərargahın açıqlamasında İran Silahlı Qüvvələrinin əməliyyatlarının dayandırıldığı elan edilib.

    Bununla belə, bəyanatda əməliyyatların dayandırılmasının gələcək hücumlar qarşısında geri çəkilmə və ya zəiflik kimi qiymətləndirilməməsi tələb olunub.

    İran hərbi rəhbərliyi xəbərdarlıq edib ki, əgər Cənubi Livan da daxil olmaqla bölgədə hücumlar və “təxribat xarakterli addımlar” davam edərsə, əvvəlkindən daha sərt və dağıdıcı tədbirlər görüləcək.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR