Ukraynaya məxsus pilotsuz uçuş aparatları Rusiyanın paytaxtı Moskvada yerləşən neft emalı zavoduna zərbə endirib.
Məlumata görə, hücum nəticəsində zavodun ilkin neft emalı qurğusu sıradan çıxıb. Kreml də obyektə zərbə endirildiyini və müəssisəyə ziyan dəydiyini təsdiqləyib.
Bildirilib ki, sözügedən neft emalı zavodu Moskva regionunun ən iri müəssisələrindən biridir. Zavod paytaxtın yanacaq tələbatının əhəmiyyətli hissəsini ödəyir, həmçinin hava limanlarını aviasiya yanacağı ilə təmin edir.
Hücumun nəticələri və dəymiş ziyanın miqyası ilə bağlı araşdırmalar davam edir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.