AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

İsrail: İran ABŞ-la danışıqları nüvə proqramı üçün vaxt qazanmaq məqsədilə uzada bilər

  • + A
  • - A
  • Bu gün, 10:04

    İsrail: İran ABŞ-la danışıqları nüvə proqramı üçün vaxt qazanmaq məqsədilə uzada bilər


    İsrail hakimiyyəti hesab edir ki, İran ABŞ ilə əldə olunan memorandum çərçivəsində aparılan danışıqları qəsdən uzadaraq nüvə silahı proqramını inkişaf etdirmək üçün əlavə vaxt qazanmağa çalışa bilər.

    İsrailin Channel 12 telekanalının hökumətdəki mənbələrə istinadən yaydığı məlumata görə, rəsmi Təl-Əviv 60 günlük danışıqlar müddətinin İran tərəfindən bu məqsədlə istifadə olunacağından narahatdır.

    Bildirilir ki, ABŞ və İran arasında razılaşdırıldığı deyilən memorandumun konkret şərtləri hələ də açıqlanmayıb. ABŞ Prezidenti Donald Tramp və İran rəsmilərinin sənədin məzmunu ilə bağlı fərqli açıqlamalar verməsi də qeyri-müəyyənliyi artırır.

    İran tərəfi razılaşmanın zənginləşdirilmiş uranın öz ərazisində durulaşdırılması məsələsini müstəqil şəkildə həll etməsinə imkan yaradacağını bildirir.

    İsrail Müdafiə Nazirliyinin nümayəndələrinin iddiasına görə, İranın ali rəhbəri yekun sənədi imzalamaq niyyətində deyil və danışıqların 60 gündən də artıq müddətə uzadılması planlaşdırılır.

    İsrail hökuməti hesab edir ki, İranın nüvə proqramı ilə bağlı problemin diplomatik yolla həlli çətin görünür. Rəsmi Təl-Əvivin fikrincə, 2015-ci ildə ABŞ Prezidenti Barak Obama dövründə imzalanmış nüvə sazişi İranın nüvə silahı əldə etməsinin qarşısını almaq baxımından daha güclü təminatlar ehtiva edirdi.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR