AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

ABŞ-ın İranla bağlı imzaladığı müvəqqəti anlaşma memorandumunun detalları açıqlandı

  • + A
  • - A
  • Bu gün, 09:49

    ABŞ-ın İranla bağlı imzaladığı müvəqqəti anlaşma memorandumunun detalları açıqlandı

    Körfəz ölkələri İranın bərpası üçün 300 milyard dollarlıq fonda qoşulur, ABŞ kənarda qalacaq

    ABŞ-ın İranla bağlı imzaladığı müvəqqəti anlaşma memorandumunun detallarına dair yeni məlumatlar yayılıb. Fox News telekanalının əldə etdiyi sənədə əsasən, İranın bərpası üçün yaradılacaq 300 milyard dollarlıq fonda Fars körfəzi ölkələri üzv olacaq, lakin ABŞ bu fonda qoşulmayacaq.

    Sənəddə həmçinin bildirilir ki, Vaşinqton İranla yekun saziş imzalanana qədər Yaxın Şərqdəki hərbi mövcudluğunu azaltmayacaq. Bu səbəbdən ABŞ-ın iki aviadaşıyıcı zərbə qrupu bölgədə fəaliyyətini davam etdirəcək.

    Xatırladaq ki, ABŞ və İran daha əvvəl qarşılıqlı anlaşma memorandumunun imzalandığını açıqlamışdılar. Sənəd döyüş əməliyyatlarının dayandırılmasını və yeni danışıqlar mərhələsinin başlanmasını nəzərdə tutur. Reuters-in məlumatına görə, memorandum iyunun 17-də ABŞ Prezidenti Donald Tramp və İran Prezidenti Məsud Pezeşkian tərəfindən imzalanıb. Axios isə sənədin məsafədən elektron imza vasitəsilə rəsmiləşdirildiyini və dərhal qüvvəyə mindiyini bildirib.

    Bununla yanaşı, ABŞ Senatında memorandumla bağlı narahatlıq ifadə edən siyasətçilərin də olduğu bildirilir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR