Ermənistan mətbuatı xəbər verir ki, hakim "Vətəndaş Müqaviləsi" Partiyasında hazırda Milli Assambleyanın sədri vəzifəsinə namizədlər müzakirə edilir.
Məlumata görə, partiya daxilində bu posta üç əsas namizəd nəzərdən keçirilir. Bunlar hazırkı parlament sədri Alen Simonyan, vitse-spiker Ruben Rubinyan və hakim fraksiyanın rəhbəri Hayk Konjoryandır.
Xəbərdə qeyd olunur ki, parlament seçkiləri dövründə Ermənistanın ABŞ-dakı səfiri Lilit Makuntsun namizədliyi də müzakirə olunmuşdu. Lakin hazırda o, bu vəzifəyə maraq göstərməyib və namizədliyini irəli sürməyib.
Eyni zamanda, Ermənistan KİV-i yazır ki, hazırkı spiker Alen Simonyan Baş nazir Nikol Paşinyanın məhz onun namizədliyini dəstəkləyəcəyinə əmindir.
Hakim "Vətəndaş Müqaviləsi" Partiyasının idarə heyəti yekun qərarı verdikdən sonra seçilən namizəd parlament fraksiyasına təqdim olunacaq.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.