AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Millət vəkili Cavanşir Paşazadə BƏƏ parlament nümayəndə heyəti ilə görüşüb

  • + A
  • - A
  • Bu gün, 20:05

    Millət vəkili Cavanşir Paşazadə BƏƏ parlament nümayəndə heyəti ilə görüşüb

    Millət vəkili Cavanşir Paşazadə BƏƏ parlament nümayəndə heyəti ilə görüşüb

    Milli Məclisin deputatı Cavanşir Paşazadə Azərbaycanda keçirilən beynəlxalq tədbirdə iştirak etmək məqsədilə ölkəmizə səfər edən Birləşmiş Ərəb Əmirlikləri nümayəndə heyəti ilə görüş keçirib.
    Görüşdə nümayəndə heyətinin rəhbəri, BƏƏ Parlamentinin vitse-spikeri iştirak edib.

    Tərəflər Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri arasında dostluq və əməkdaşlıq münasibətlərinin inkişaf perspektivlərini, parlamentlərarası əlaqələrin genişləndirilməsini və qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.

    Cavanşir Paşazadə qonaqlara ölkəmizdə keçirilən beynəlxalq tədbirin əhəmiyyəti barədə məlumat verib, nümayəndə heyətinin Azərbaycanda olduğu müddətdə uğurlu fəaliyyət göstərməsini arzulayıb.

    Görüşdə Azərbaycan ilə BƏƏ arasında mövcud olan strateji tərəfdaşlıq münasibətlərinin əhəmiyyəti vurğulanıb, bu əlaqələrin gələcəkdə daha da möhkəmlənəcəyinə əminlik ifadə olunub.




    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR