AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

İran: "ABŞ razılaşmanı pozarsa, sərt cavab veriləcək"

  • + A
  • - A
  • Bu gün, 11:09

    İran: "ABŞ razılaşmanı pozarsa, sərt cavab veriləcək"

    İran Müdafiə Nazirliyi bəyan edib ki, ölkə ABŞ ilə aparılan danışıqlar dövründə döyüş hazırlığını daha da gücləndirəcək və Vaşinqton əldə olunmuş razılaşmaları pozacağı təqdirdə qəti cavab verməyə hazırdır.

    Bu barədə İranın müdafiə nazirinin vəzifəsini icra edən Sərdar Məcid İbn əl-Rza məlumat verib.

    Onun sözlərinə görə, İran Silahlı Qüvvələri hazırda ən yüksək döyüş hazırlığı səviyyəsindədir və istənilən təxribat əvvəlkindən daha sərt şəkildə cavablandırılacaq.

    "Əgər ABŞ danışıqlar zamanı razılaşmaları pozarsa, buna döyüş meydanında uyğun cavab veriləcək. Məhz buna görə də danışıqlar və 60 günlük qarşılıqlı anlaşma dövründə bütün istiqamətlər üzrə hərbi hazırlığımızı artırmışıq və bunu davam etdirəcəyik", – deyə İbn əl-Rza bildirib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR