AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Ermənistan və İran nəqliyyat əlaqələri və ticarətin genişləndirilməsini müzakirə edib

  • + A
  • - A
  • Dünən, 23:16

    Ermənistan və İran nəqliyyat əlaqələri və ticarətin genişləndirilməsini müzakirə edib

    Ermənistan və İran rəsmiləri nəqliyyat infrastrukturunun inkişafı, sərhəd-keçid məntəqələrinin modernləşdirilməsi və ticarət əlaqələrinin genişləndirilməsi məsələlərini müzakirə ediblər.

    Görüşdə Ermənistanı ölkənin iqtisadiyyat nazirinin müavini Edqar Zakaryan, İranı isə yol və şəhərsalma nazirinin müavini Rza Əkbəri təmsil edib.

    Tərəflər sərhədi keçən nəqliyyat vasitələri üçün yol rüsumları, gömrük ödənişlərinin təkmilləşdirilməsi və nəqliyyat kommunikasiyalarının genişləndirilməsi məsələlərinə xüsusi diqqət ayırıblar.

    Edqar Zakaryan bildirib ki, sərhəd-keçid məntəqələrinin modernləşdirilməsinin başa çatmasından sonra Ermənistan və İran arasında ticarət dövriyyəsinin daha da artacağı gözlənilir.

    Qeyd edək ki, cari ilin ilk dörd ayında Ermənistan və İran arasında ticarət dövriyyəsi ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 7 faiz artaraq 237,4 milyon ABŞ dollarına çatıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR