AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

ABŞ Ali Məhkəməsi Trampın miqrant uşaqları ilə bağlı fərmanını ləğv etdi

  • + A
  • - A
  • Bu gün, 10:18

    ABŞ Ali Məhkəməsi Trampın miqrant uşaqları ilə bağlı fərmanını ləğv etdi

    ABŞ Ali Məhkəməsi prezident Donald Trampın ölkədə doğulan miqrant uşaqlarına ABŞ vətəndaşlığı verilməsinin məhdudlaşdırılmasını nəzərdə tutan fərmanını qanunsuz hesab edərək ləğv edib.

    Məhkəmənin 9 üzvündən 6-sı qərarın lehinə səs verib. Hakimlər bildiriblər ki, ABŞ Konstitusiyasına edilmiş 14-cü düzəliş ölkə ərazisində doğulan bütün şəxslərə doğumla vətəndaşlıq hüququ verir və bu hüquq prezident fərmanı ilə məhdudlaşdırıla bilməz.

    Donald Tramp isə məhkəmənin qərarına əməl edəcəyini açıqlasa da, doğumla avtomatik vətəndaşlıq praktikasının ölkə üçün mənfi nəticələr yaratdığını bildirib. O, yeni doğulan bəzi uşaqlara pasport verilməsini məhdudlaşdıran fərmanı 2025-ci ilin yanvarında imzalamışdı.

    Qeyd edək ki, ABŞ-də doğumla vətəndaşlıq hüququnu təsbit edən 14-cü düzəliş 1868-ci ildə, Vətəndaş müharibəsindən sonra qəbul olunub. Bu düzəliş ilk növbədə keçmiş qulların hüquqlarını qorumaq və onlara tam vətəndaş statusu vermək məqsədi daşıyırdı.

    Rəsmi statistikaya əsasən, 2013–2024-cü illərdə ABŞ-də hər il orta hesabla 860 min xarici vətəndaşın övladı dünyaya gəlib. Təkcə 2023-cü ildə miqrant ailələrində təxminən 250 min uşaq doğulub ki, bu da ölkədə doğulan bütün körpələrin təxminən 7 faizini təşkil edib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR