AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Netanyahu və Tramp ABŞ-da görüş keçirmək barədə razılığa gəldilər

  • + A
  • - A
  • Dünən, 23:57

    Netanyahu və Tramp ABŞ-da görüş keçirmək barədə razılığa gəldilər


    İsrailin Baş naziri Benyamin Netanyahu ilə ABŞ Prezidenti Donald Tramp arasında telefon danışığı baş tutub. Tərəflər yaxın vaxtlarda ABŞ-da görüş keçirmək barədə razılığa gəliblər.

    Bu barədə İsrail Baş nazirinin Ofisinə istinadən məlumat verilib.

    Bildirilib ki, Netanyahu telefon danışığı zamanı Trampı ABŞ-ın müstəqilliyinin 250 illiyi münasibətilə təbrik edib. O, ABŞ-ın qlobal azadlığın təminatçısı olduğunu vurğulayaraq, İsrailin iki ölkə arasındakı sıx tərəfdaşlığı yüksək qiymətləndirdiyini bildirib.

    Qeyd edək ki, iyunun 18-də The Wall Street Journal nəşri Tramp və Netanyahu arasında münasibətlərin son vaxtlar gərginləşdiyini yazmışdı. Məlumata görə, fikir ayrılığının əsas səbəbi İran ətrafında yaranmış münaqişənin başa çatdırılması ilə bağlı fərqli mövqelərdir. Belə ki, ABŞ münaqişənin sülh yolu ilə həllinə üstünlük verərkən, İsrail hərbi əməliyyatların davam etdirilməsinin tərəfdarı olub.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR