Avropa ölkələri silahlı qüvvələrə xidmət edəcək kifayət qədər şəxsin cəlb olunması ilə bağlı ciddi problemlə üzləşib. Bu barədə Finlandiyanın müdafiə naziri Antti Häkkänen Bloomberg agentliyinə müsahibəsində bildirib.
Nazirin sözlərinə görə, NATO-ya üzv Avropa ölkələri orduların şəxsi heyətinin artırılmasına əhəmiyyətli vəsait ayırmalıdır. O vurğulayıb ki, müdafiəni yalnız silah və maliyyə hesabına gücləndirmək mümkün deyil, bunun üçün kifayət qədər insan resursu da lazımdır.
Bundan əvvəl NATO-nun keçmiş baş katibi və Avropa İttifaqının sabiq xarici siyasət rəhbəri Javier Solana bildirib ki, ABŞ ilə fikir ayrılıqları fonunda Avropa öz təhlükəsizliyi barədə ciddi düşünməli və müdafiə imkanlarını daha fəal şəkildə inkişaf etdirməlidir.
O, NATO-nun hazırkı baş katibi Mark Rutte barədə danışarkən onu tənqid etmək istəmədiyini, lakin onun yerində olsaydı, tamamilə fərqli davranacağını qeyd edib.
ABŞ-ın NATO yanında daimi nümayəndəsi Matthew Whitaker isə Vaşinqtonun Ankara sammitində müttəfiqlərinin müdafiə xərclərini artırmaqla bağlı götürdükləri öhdəliklərin icrası barədə hesabat təqdim etməsini gözlədiyini açıqlayıb
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.