ABŞ Prezidenti Donald Trump Vaşinqtonun İrana qarşı dəniz blokadasını yenidən tətbiq etməyə hazır olduğunu bildirib.
Trampın sözlərinə görə, ABŞ hərbi qüvvələri zərurət yaranacağı təqdirdə İran limanlarına çıxışı məhdudlaşdıra bilər.
"Biz blokadanı yenidən bərpa edə bilərik", – deyə ABŞ prezidenti vurğulayıb.
O, hazırda İranla razılaşma əldə olunması üçün imkan görmədiyini də qeyd edib. Tramp həmçinin Tehrana təzyiq məqsədilə İranın Xark adası üzərində nəzarətin ələ keçirilməsi ehtimalını da istisna etməyib.
Qeyd edək ki, son sutka ərzində ABŞ ilə İran arasında gərginlik kəskin artıb. ABŞ hərbi qüvvələri Fars körfəzində ticarət gəmilərinə edilən hücumlara cavab olaraq İrandakı bir sıra hədəflərə zərbələr endirib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.