Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında tədbirin keçirilməsinin məqsədindən danışıb.
Dövlət başçısının sözlərinə görə, tədbirin keçirilməsinin məqsədi dünyanın müxtəlif guşələrindən gəlmiş media nümayəndələri ilə qarşılıqlı maraq və narahatlıq doğuran məsələlər haqqında danışmaq, Qarabağla, Şuşa ilə tanış olmaq və bu kimi digər məqsədlərə xidmət etməkdən ibarətdir.
Prezident qeyd edib ki, buraya gəlmiş qonaqlar Qarabağın inkişafını, yenidən qurulmasını görürlər:
"Elə jurnalistlər var ki, buradakı dağıntıları ilk dəfə görürlər".
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.