Şamaxı rayonunda müşahidə olunan qarlı və şaxtalı hava şəraiti ilə əlaqədar olaraq avtomobil yollarında buzlaşma qeydə alınıb. Xüsusilə gecə saatlarında Şamaxı rayonu Cabanı-Həmyəli-Çaylı-Qonaqkənd kənd yollarını qar və buzdan təmizləyir. Yollara qum və duz qarışığı səpilir
Məlumatla əlaqədar dərhal əraziyə “19 saylı Xüsusi Təyinatlı Yol İstismarı” İdarəsinin xüsusi təyinatlı texnikası cəlb olunub. Yolun təhlükəsizliyini təmin etmək məqsədilə hərəkət hissəsinə qum və duz qarışığı səpilib.
İdarənin sahə rəisi Şahin Rəcəbovun AzadMedia.az-a verdiyi məlumata görə, Şamaxı rayonu Əngəxaran-Məlhəm-Çuxuryurd kənd yollarını qardan təmziləyir. Həmçinin idarənin işçi heyəti və texnikası Dəmirçi və Avaxıl yolunu da qardan təmizləyir
Eyni zamanda, Şamaxı rayonunun Qaleybuğurd, Sis, Qaladərəsi və Keşmədil kənd yollarında da qar təmizləmə işləri davam etdirilir.
Görülən tədbirlər nəticəsində avtomobillərin hərəkəti üçün heç bir maneə yoxdur. Həm sürücülər, həm də sərnişinlər təhlükəsiz formada hərəkət edir