"Azərbaycanlılar bayraqlarını yanvarın 6-da Qafan Hava Limanı yaxınlığına sancıblar".
Sfera.az xəbər verir ki, bu barədə News.am-a Qafan Bələdiyyə sədri Gevorg Parsyan məlumat verib.
Bələdiyyə sədrinin sözlərinə görə, hazırda hava limanı azərbaycanlıların nəzarətindədir.
Parsyan bu müddət ərzində Qafanla bağlı heç bir fövqəladə hadisənin qeydə alınmadığını qeyd edib.
Sayt bildirir ki, 18 dekabrda Ermənistan Müdafiə Nazirliyinin əmri ilə Ermənistan Silahlı Qüvvələri Sünik bölgəsinin (red: Zəngəzur mahalı) Gorus və Qafanda olan mövqelərindən geri çəkilib.
Qeyd edək ki, yanvarın 5-də Şurnux kəndində 12 ev də Azərbaycanın nəzarətinə keçib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.