AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

ŞƏHİD adını bu günə qədər rəsmən almayan Ağdamın əfsanəvi "Kötəl" batalyonunun komandiri "General" Ərşad Nadirov

  • + A
  • - A
  • 8-07-2024, 13:13

    ŞƏHİD adını bu günə qədər rəsmən almayan Ağdamın əfsanəvi "Kötəl" batalyonunun komandiri "General" Ərşad Nadirov

    22 iyul Ağdamın qəhrəman oğullarından biri, Qarabağ müharibəsi dövründə düşmənlər ilə açıq döyüşlərdə onlara ağır zərbə vuran bir dəstənin başısı, böyük bir nəslin davamçısı olan Nadirov Ərşad Zahid oğlunun şəhid olduğu gündür.

    Nadirov Ərşad Zahid oğlu 1950-ci ildə Ağdam rayonunun Seyidli kəndində anadan olub. Ağdamda onu hamı “dəli” deyirdi gənc yaşlarında. Çünki Koroğlu kimi idi. Yaxşı maşın ustası idi. Öz müştəriləri vardı ki, çoxu Azərbaycanın əksər rayonlarından idi. Ərşad həm də çox yaxşı maşın sürməyi bacarırdı. Ağdamda onun maşın sürərkən etdiyi manevrləri indiyə qədər danışırlar.

    Müharibənin ilk günlərində özü kimi vətənpərvər və döyüşkən oğulları başına toplayaraq ”Koroğlu dəstəsi” adlı özünümüdafiə batalyonu yaratdı. Dəstəsində əsasən Ağdamın Seyidli, Sarıtəpə kəndlərindən olan cavanlar idi. Ağdam caamatı onun dəstəsinə həm də "Kötəl batalyonu" deyirdi. Əsasən Şelli tərəfdə döyüşürdülər. Ağdamdan Qarağaclar kəndinə qədər böyük bir ərazidə postlarda bu dəstənin igidləri dururdular.

    Bir faktı yazacam. Çoxu bunu bilmir. Ermənilər gecə yarısı Sumqayıt batalyonunun postuna hücum edərək on iki əsgərin başını kəsmiş idilər. Məhz “Kötəl” batalyonu onların qisasını almaq üçün bunu edən ermənilərin böyük bir hissəsini məhv etmiş idi.

    Onun dəstəsində əzizim, dostum və ailəmizin bir parçası olan Rövşən Saleh oğlu Camalov da döyüşüb. “PK” Rövşən kimi tanınan şəhid dostum Rövşən, ermənilərin kabusuna çevrilmişdı. Hər döyüsdə mütləq 15-20 ermənini cəhənnəmə vasil edərdi. Rövşən 1992-ci ildə yaralandı. Sağalib yenidən döyüşə qatıldı. Son dəfə Bakıda qonağımız olan Rövşən mütləq geri qayıdacağına söz verdi. Lakin şəhid olaraq döndü. Məzarı Şəhidlər Xiyabanındadır.

    Ərşad Nadirova Ağdamda bütün komandirlər, əsgərlər və yerli əhali “General” deyirdi. Qarabağ uğrunda Ərşad Nadirovun rəhbəri olduğu batalyon müharibədə ən çox itgi vermiş və ən çox ögey münasibətlə üzləşmiş hərbi birləşmələrdən sayılır.

    Onun batalyonu Seyidli kəndində yerləşən qərargahda yerləşirdi. Ağdamın işğalından bir gün əvvəl – 1993-cü ilin iyul ayının 22-də ermənilərin atdığı raketin partlaması nəticəsində döyüşçü dostları ilə birlikdə həlak oldu. Düzünü desək indiyə qədər müaəmma olaraq qalır onun dəstəsinin olduğu yerin düz hədəflə vurulması. Bu gün də o dövrün sağ qalan insanları Ərşadın xainlik və satqınlıq qurbanı olduğu deyir. Düşmən dəqiqliklə o yeri elə vura bilməzdi əlində dəqiq koordinatlar olmasa idi.

    Onun cənazəsi Ağdam rayonunda yerləşən Uzundərə ərazisində, yeni salınmış şəhidlər xiyabanında dəfn edilib.

    Ancaq onun və igid gənclərin ölümündən sonra hakimiyyətin və müdafiə nazirliyinin biganələyi ilə üzləşir. Ağdamın ən cəsur döyüşçülərinə komandir olan Ərşad Nadirova ŞƏHİD statusu bu günə qədər verilməyib.

    Niyə? Sualını uzun zamandır verirəm. Lakin susur. Müdafiə Nazirliyi susur!

    Ərşad Nadirov haqqında istənilən Ağdamlı, Ağdərəlidən soruşsan hamı deyəcək “Allah ona rəhmət eləsin, o olmasa idi, qırğın çox olacaq idi”

    Kimə nə edib Ərşad döyüşdə canını qoymaqdan başqa?
    Nə edib də? Müxalifətçi deyildi. Ailəsi böyük nəsildir. Özü son qanına qədər döyüşüb. Yüzlərlə erməni məhv edib. Vətəni sevib, Qarabağı sevib. Nə edib bundan başqa ? Vətəni sevərək ölən belə İnsana ŞƏHİD statusu niyə verilməsin axı?

    Cənab Müdafiə Naziri Zakir Həsənov sualım Sizədir?

    Xahiş edirəm sualıma cavab verin. Ərşad Nadirov nə edib Vətən üşün döyüşməkdən başqa? Niyə ŞƏHİD statusu ona vermirsiniz? Niyə biz Ağdamlıları əzirsiniz? Niyə biz Ağdamlıların əziz komandirinin haqqını ona vermirsiniz?

    Sualımın cavabını Siz verməsiniz Ali Baş Komandana müraciət edərək cavabı ondan istəyəcəm

    Zaur Aliyev, dosent



    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR