AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Bakıda "enerji həftəsi" keçiriləcək

  • + A
  • - A
  • Bu gün, 18:15

    Bakıda "enerji həftəsi" keçiriləcək

    1–3 iyun 2026-cı il tarixlərində Bakı Ekspo Mərkəzində “Baku Energy Week” (Bakı Enerji Həftəsi) keçiriləcək.

    “Baku Energy Week” çərçivəsində aşağıdakı tədbirlər təşkil olunacaq:

    “Caspian Oil & Gas” – 31-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi
    “Caspian Power” – 14-cü Xəzər Beynəlxalq Təmiz Enerji Sərgisi
    “Baku Energy Forum” – 31-ci Bakı Enerji Forumu
    Bakı Enerji Həftəsinin aparıcı və strateji enerji dialoqu məkanı 1-2 iyun tarixlərində Bakı Konqres Mərkəzində baş tutacaq “Baku Energy Forum”dur.

    Forum enerji sahəsinin əsas iştirakçılarını, aparıcı beynəlxalq ekspertləri, beynəlxalq təşkilatların nümayəndələrini, müxtəlif ölkələrin hökumət strukturlarını, investorları və biznes nümayəndələrini hər il bir araya gətirərək, qlobal enerji bazarının gələcək inkişaf istiqamətlərinin müzakirəsi üçün mühüm platforma yaradır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR