AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

İraq Hörmüz boğazının bağlanmasına baxmayaraq neft ixracını davam etdirir

  • + A
  • - A
  • Bu gün, 15:01

    İraq Hörmüz boğazının bağlanmasına baxmayaraq neft ixracını davam etdirir

    Bu gün İraqın cənubuna, dövlətin əsas ixrac mərkəzi olan Bəsrədəki dəniz terminallarının birinə 2 milyon barel neft yükləmək üçün növbəti neft tankeri gəlib.

    Bu barədə "Reuters" mənbələrə istinadən məlumat yayıb.

    Qeyd olunub ki, Komor adaları bayrağı altında üzən "Helga" gəmisi, İraq neftinin əsas hissəsinin nəql olunduğu Hörmüz boğazının növbəti dəfə bağlanmasından sonra Bəsrəyə gələn ikinci tanker olub

    İraq aprelin 17-də Yaxın Şərqdə münaqişə başlayandan bəri ilk dəfə olaraq ölkənin cənubundan neft ixracını bərpa edib.

    Hörmüz boğazı vasitəsilə neft ixracının qeyri-mümkünlüyü və neft anbarlarının kritik həddə dolması fonunda demək olar ki, bütün yataqlarda hasilatı azaldıb. ABŞ və İsrailin İranla münaqişəsi başlayana qədər ölkə sutkada 4,3 milyon barel neft hasil edirdi.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR