“Ekoleks” Ekoloji Hüquq Mərkəzi ictimai birliyi “Yaşayış binalarında yaşıl düçüncə ilə enerji səmərəliyinin artırılması” layihəsini icra edir.QHT.az xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin 2023-cü li 25 dekabr tarixli 4233 nömrəli Sərəncamı ilə Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib. 2024-cü il, habelə, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Bakı şəhərində keçirilməsi ilə əlamətdardır. Azərbaycanda ətraf mühitin mühafizəsi sahəsində həyata keçirilən tədbirlər daha dayanıqlı gələcəyə doğru birgə fəaliyyətin əsasını qoyur və ekoloji həmrəylik və idarəçilik sahəsində ölkəmizin liderlik rolunu vurğulayır.
Layihə çərçivəsində mənzil sektorunda enerji sərfiyyatının iqlim dəyişikliyinə təsiri məsələləri də araşdırılmışdır. Mənzil sektorunun karbonsuzlaşdırılması enerji səmərəliliyinin artırılması ilə yanaşı, tələbatın daha yüksək səviyyələrdə elektrifikasiyasını və ekoloji cəhətdən daha təmiz istilik mənbələrinə keçilməsini tələb edir. Enerji səmərəliliyi üzrə tədbirlərin (məsələn, binaların izolyasiyası və səmərəli qızdırıcı cihazların qəbul edilməsi) həyata keçirilməsi mənzil sektorunda sahələrin qızdırılması və soyudulması üçün enerjiyə son tələbatı əhəmiyətli dərəcədə azalda bilər, təbii qazla isitmə demək olar ki, tamamilə dayandırıla bilər (müvafiq ssenarilərin tətbiqi şərtilə qaz istehlakını 10%-dək azaltmaq mümkündür. Bundan əlavə, ev təsərrüfatlarında istifadə edilən qaz təbii qaz, bioqaz və hidrogenin qarışığından ibarət ola bilər ki, beləliklə də mineral təbii qazın payı ümumi rəqəmin yalnız 20 faizini təşkil edə bilər. Enerji səmərəliliyi instrumentlərindən istifadə yaşayış binalarında elektrik enerji sərfiyyatının da 15%-dək azaldılması ilə nəticələnə bilər. Günəş enerjisindən gigiyenik isti su istehsal etmək üçün günəş enerjisi ilə işləyən su qızdırıcılarından istifadətyə keçidin təbliği mənzil sektorunda qızdırma və su qızdırması üçün istifadə edilən enerji təlbatanı da 15 faizədək azalda bilər.
Bütün bunlar üçün isə mənzil sektorunda enerji səmərəliliyinin təmin edilməsi üçün milli proqramın hazırlanması və qəbul edilməsini zəruri edir. Enerji səmərəliliyinə nail olma iqtisadi məsələ olmaq qədər maarifləndirmə insttumentlərindən istifdəni nəzərdə tutur. Layihə çərçivəsində nəzəri əsasları hazırlanan bu milli proqramın ictimai iştirak və maarifləndirmə, yaşayış binalarında enerji səmərəliliyinə nail olunmasının subsiyalaşdırılması məsələləri də nəzərdən keçirilir.
Layihənin donoru Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyidir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.