Gülşən Salmanova,
Mərkəz Vəkil Bürosunun rəhbəriHər il dekabrın 28-i Azərbaycan Respublikasında “Vəkil günü” peşə bayramı kimi qeyd edilir.
Vəkillik peşəsi hər bir demokratik cəmiyyətin hüquqi sütunlarından biridir. Azərbaycanda vəkillərin rolu, onların xidmətləri və dövlət tərəfindən göstərilən dəstək, ölkəmizin hüquqi inkişafında əhəmiyyətli yer tutur.
25 dekabr 2019-cu il tarixində Prezident İlham Əliyevin imzaladığı Sərəncamla Azərbaycanda ilk dəfə “Vəkil günü” peşə bayramı təsis edildi. Bu tarixi qərar vəkillik institutunun önəmini vurğulamaqla yanaşı, peşə sahiblərinə göstərilən dövlət qayğısının bariz nümunəsidir. Bu tarixi gün, həm də vəkillərin hüquq sistemindəki roluna dəyərin təcəssümüdür.
Vəkil gününün təsis edilməsi mэsuliyyətimizi daha da artırıb.
Vəkillər hüququn aliliyini təmin edən əsas fiqurlardan biridir. Ədalət mühakiməsinin həyata keçirilməsində iştirak edən, vətəndaşların hüquqlarını müdafiə edən, insan hüquq və azadlıqlarının qorunmasında əsas vasitəçi rolunu oynayan vəkillər Konstitusiya Məhkəməsi, məhkəmə sistemi, inzibati və digər orqanlarda onlara üz tutan vətəndaşların hüquqlarını müdafiə edərək cəmiyyətin hüquqi mədəniyyətinin yüksəldilməsinə töhfə verir.
Prezident İlham Əliyevin rəhbərliyi ilə hüquqi islahatlar çərçivəsində vəkillik institutuna xüsusi diqqət yetirilmişdir. Dövlətin bu sahədəki fəaliyyəti aşağıdakı istiqamətlərdə öz əksini tapdı:
* Qanunvericilik bazasının təkmilləşdirilməsi: Vəkillik haqqında qanunların müasirləşdirilməsi və beynəlxalq standartlara uyğunlaşdırılması.
* Maddi-texniki bazanın gücləndirilməsi: Vəkil təşkilatlarının daha səmərəli fəaliyyəti üçün lazımi infrastrukturun yaradılması.
* Sosial təminat: Vəkillərin peşə fəaliyyəti ilə bağlı sosial təminatlarının yaxşılaşdırılması və iş şəraitinin inkişaf etdirilməsi.
* Peşəkar hazırlıq: Gənc hüquqşünasların vəkillik sahəsində peşəkar inkişafı üçün təlimlərin təşkili.
Son illərdə Azərbaycanda vəkillərin sayı artmış, onların fəaliyyət dairəsi genişlənmişdir. Ölkə üzrə vətəndaşlara pulsuz hüquqi yardımın təmin edilməsi üçün layihələr həyata keçirilmişdir. Xüsusilə aztəminatlı ailələrin hüquqlarının qorunması üçün dövlət vəkillik xidmətlərini dəstəkləməkdədir.
“Vəkil günü” peşə bayramının təsis edilməsi, Azərbaycan vəkillik institutunun inkişafında yeni mərhələnin başlanğıcıdır. Bu gün vəkillər yalnız hüquq sistemində deyil, eyni zamanda cəmiyyətin hərtərəfli inkişafında mühüm rol oynayır. Dövlətin göstərdiyi dəstək və vəkillərin peşəkarlığı Azərbaycan hüquqi sisteminin möhkəmləndirilməsində əhəmiyyətli töhfə verir.
Bu peşə sahiblərinin xidmətlərini qiymətləndirmək, onların cəmiyyətə verdiyi töhfəni vurğulamaq üçün hər birimiz ədalətə, hüquq bərabərliyinə dəstək göstərməliyik.
Azərbaycan Vəkillər Kollegiyasının sədri Anar Bağırov ölkədə vəkillik institutunun inkişafında mühüm rol oynayan şəxslərdən biridir. Onun rəhbərliyi dövründə Azərbaycan vəkilliyinin beynəlxalq standartlara uyğunlaşdırılması, vəkillərin peşəkar səviyyəsinin artırılması, onların hüquqlarının müdafiəsi və sosial təminatının gücləndirilməsi istiqamətində bir sıra önəmli addımlar atılmışdır.
Vəkillər Kollegiyası Rəyasət Heyətinin, Vəkillərin İntizam və İxtisas Komissiyasının, o cümlədən, Vəkillər Kollegiyasının sıx əməkdaşlığı və əldə etdiyi uğurlar Anar Bağırovun peşəkar idarəçilik qabiliyyətinin təzahürüdür.
Anar Bağırovun rəhbərliyi ilə Azərbaycan Vəkillər Kollegiyası beynəlxalq hüquq təşkilatları ilə əməkdaşlığı genişləndirib. Kollegiyamız bir çox beynəlxalq tədbir və konfranslarda iştirak edərək, ölkənin vəkillik sistemini beynəlxalq səviyyədə tanıdıb.
Vəkillərin sayının artırılması da Anar müəllimin əvəzsiz xidmərlərindəndir: Vəkillər Kollegiyasına yeni üzvlərin cəlb olunması üçün şəffaf imtahan sistemini tətbiq etmiş, bu da peşəkar vəkillərin sayının artmasına şərait yaratmışdır.
Anar Bağırovun təşəbbüsü ilə vəkillərin davamlı təhsil proqramlarına cəlb olunması, xarici ölkələrdə təcrübə keçmələri və müasir hüquq biliklərinin artırılması istiqamətində layihələr həyata keçirilmişdir.
İctimai hüquqi yardımların genişləndirilməsi də onun uğurlu layihələrindəndir. Sosial cəhətdən həssas qruplara hüquqi yardımın əlçatanlığını təmin etmək üçün tədbirlər görülmüş, bu gün də bu tədbirlər mütəmadi davam etdirilir.
Ötən ay Azərbaycanın ev sahibliyi etdiyi mühüm beynəlxalq tədbirlərdən biri - COP 29 (BMT-nin İqlim Dəyişikliyi üzrə Konfransı)
keçirildi. Anar Bağırovun rəhbərliyi ilə Azərbaycan vəkilləri COP29 zamanı yüksək səviyyəli xidmət göstərdilər.
Ölkəmizə gələn qonaqlara hüquqi dəstək göstərildi. Konfrans iştirakçılarına Azərbaycanın hüquq sistemi, beynəlxalq müqavilələr və digər hüquqi məsələlərlə bağlı məsləhətlər verildi.
Vəkillər təşkilatçılıq işlərində fəal iştirak etdi. Azərbaycan vəkilləri konfransın hüquqi aspektlərinin düzgün idarə olunması, iştirakçılar arasında hüquqi mübahisələrin həllində mühüm rol oynadı.
Bütün bu sadaladıqlarım Azərbaycanın hüquq imicinin yüksəlməsində mühüm rol oynadı. COP29 Azərbaycanın hüquq institutlarının beynəlxalq nüfuzunu artırmağa xidmət etdi.
Anar Bağırovun mükəmməl rəhbərliyi və Azərbaycan vəkillərinin peşəkarlığı nəticəsində COP 29 zamanı ölkənin hüquqi infrastrukturu dünya ictimaiyyətinə yüksək səviyyədə təqdim edildi. Bu, Azərbaycanın beynəlxalq hüquq məkanında mövqeyinin möhkəmlənməsinə öz töhfəsini verdi.