Riqanın vitse-meri Edvards Ratnieks bildirib ki, o, ictimai yerlərdə rus dilindən istifadənin qanuniləşdirilməsi ilə bağlı Latviyanın Ədliyyə Nazirliyinə müraciət edib. Bu barədə RİA Novosti yazır.
Siyasətçinin sözlərinə görə, ona yerli sakinlərdən bir sıra şikayətlər daxil olub. Onlar bildirdilər ki, Mixail Çexov adına Riqa Rus Teatrı öz reklam afişalarında rus dilindən istifadə edir, “bunu şəhərin mərkəzində görmək olar”.
“Bu, yolverilməzdir, lakin bu cür reklamın yerləşdirilməsinə normativ aktlarla icazə verilir, ona görə də mən Ədliyyə Nazirliyinə bu normativ aktlara yenidən baxılmasını təklif etdim”, - deyə o qeyd edib.
Söhbət “Dövlət dili haqqında” qanundan və Nazirlər Kabinetinin sərəncamından gedir. Ratnieks ictimai yerlərdə görünən lövhələrdə, plakatlarda və digər materiallarda rus dilindən istifadəni azaltmaq üçün onlara dəyişikliklərin edilməsini təklif edib.
Daha əvvəl məlumat verilmişdi ki, Latviya məktəblərdə rus dilini ikinci xarici dil kimi öyrənməkdən imtina edəcək.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.