Avqustun 20-də Azərbaycan Respublikasının Qeyri – Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Şəfa” Psixoloji-Sosial Yardım İctimai Birliyi “Şəhid və veteran ailələrinə psixoloji və sosial xidmət” layihəsinin Ağdam rayonu Quzanlı qəsəbəsində layihənin yekunlarına dair bağlanış seminarı keçirildi.QHT.az xəbər verir ki, seminarda Müharibə veteranları və müharibədən əziyyət çəkən ağdamlılar iştirak edirdi. Layihə rəhbəri Xəlil Süleymanov bildirdi ki, layihənin əsas məqsədi müharibənin törətdiyi fəsadlar nəticəsində psixoloji travma almış şəhid və veteran ailələrinə psixoloji-sosial dəstək verməkdən ibarət olub. Lahihə Füzuli, Xocavənd, Laçın obaları, Bərdə və Ağdam rayonlarını əhatə edib. Müharibə dəhşətlərini yaşayan, ailə üzvlərini, yaxınlarını, doğmalarını itirən, fiziki-mənəvi və psixoloji xəsarət alan insanlar hələ də psixoloji sarsıntının təsirini yaşayırlar. Lakin regionlarda psixoloji yardım hər bir şəhid ailəsi və müharibə əlili üçün əlçatan deyildir. Psixoloji gərginlik onların sağlamlıq vəziyyətinə ciddi təsir gösərməklə bərabər sosial durumuna da öz mənfi təsirini göstərir.
Layihə 3 ay müddətində hədəf rayonlarında psixoloji-sosial dəstəyə ehtiyacı olan 40 Şəhid və veteran ailə üzvlərinə psixoloji xidmət nəzərdə tutub. Lakin müraciətlərin çoxluğunu nəzərə alaraq 48 Şəhid və veteran ailə üzvlərinə psixoloji xidmət göstərilib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.