AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

İsveçdə yanacaq norması gündəmdə — İranla müharibənin təsiri artır

  • + A
  • - A
  • Bu gün, 21:25

    İsveçdə yanacaq norması gündəmdə — İranla müharibənin təsiri artır

    İsveç hökuməti İranla müharibənin iqtisadi təsirlərinin güclənməsi fonunda yanacağın normalaşdırılması (limitlə verilməsi) imkanını nəzərdən keçirir.

    Baş nazir Ulf Kristersson bildirib ki, hökumət bu ssenariyə hazırdır və ehtiyac yaranarsa, müvafiq qərar vaxtında elan ediləcək. Onun sözlərinə görə, müharibənin əvvəlcə “məhdud təsiri” olsa da, hazırda bu təsir “əhəmiyyətli səviyyəyə” çatıb və inflyasiyanın artması, iqtisadi artımın isə zəifləməsi riski var.
    Maliyyə naziri Elisabeth Svantesson vəziyyəti “uzun illərin ən ağır enerji böhranı” kimi qiymətləndirib. O qeyd edib ki, müharibə uzanarsa, yanacaq norması tətbiq oluna bilər. Lakin ilkin mərhələdə hökumət vətəndaşlara yanacaqdan qənaətlə istifadə etməyi tövsiyə edəcək.

    Nazirin sözlərinə görə prioritet ictimai nəqliyyata verilə bilər,
    ölkə daxili enerji istehsalını artırmaq zərurəti yarana bilər.
    Alternativ enerji mənbələri kimi günəş, külək, su və nüvə enerjisinin inkişafı da gündəmdədir.

    İsveç hökuməti hazırda preventiv addımlar üzərində düşünür. Əgər enerji böhranı dərinləşərsə, ölkədə yanacaq istifadəsinə məhdudiyyətlərin tətbiqi real ssenariyə çevrilə bilər.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR