AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Bərdədə “Yaşıl düşüncə”, "Dayanıqlı inkişaf" və “Yaşıl həyat” mövzularına həsr olunmuş təlimlər keçirilib - FOTOLAR

  • + A
  • - A
  • 21-08-2024, 12:45

    Bərdədə “Yaşıl düşüncə”, "Dayanıqlı inkişaf" və “Yaşıl həyat” mövzularına həsr olunmuş təlimlər keçirilib - FOTOLAR

    Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə "Sosial və Psixoloji Tədqiqatlar Mərkəzi" ictimai birliyinin həyata keçirdiyi Qarabağ iqtisadi rayonunda “yaşıl düşüncə”nin təbliği və inkişafı adlı layihəsi uğurla davam edir.

    Layihə çərçivəsində 17 avqust tarixində Bərdə şəhərində “Yaşıl düşüncə”, "Dayanıqlı inkişaf" və “Yaşıl həyat” mövzularında təlimlər keçirilib.

    QHT.az xəbər verir ki, təlimlərin əsas məqsədi, iştirakçılara “yaşıl düşüncə” anlayışını dərinliklə izah etmək, bu düşüncənin ekosistemə, təbiətə və insan sağlamlığına olan müsbət təsirlərini vurğulamaq idi.

    Xüsusilə Qarabağ regionu üçün əhəmiyyətli olan bu yanaşma, işğaldan azad olunmuş ərazilərin ekoloji bərpası və dayanıqlı inkişafın təmin edilməsi baxımından böyük əhəmiyyət kəsb edir. Təlimlərdə iştirakçılar, ətraf mühitin qorunması və resursların səmərəli istifadəsi ilə bağlı yeni bilik və bacarıqlara yiyələnərək, “yaşıl düşüncə”ni şəxsi və peşəkar həyatlarına tətbiq etməyin yollarını öyrəndilər. Geniş müzakirələr aparıldı və iştirakçılar, “Yaşıl Bərdə” təşəbbüsü çərçivəsində öz təkliflərini təqdim edərək, regionda ekoloji mədəniyyətin inkişafına töhfə verməyi hədəflədilər.

    Tədbirin sonunda, iştirakçılara sertifikatlar təqdim olundu və onların əldə etdikləri bilik və bacarıqların regionda “yaşıl düşüncə”nin yayılmasına və dayanıqlı inkişafın təmin edilməsinə töhfə verəcəyi vurğulandı. Təlimlər, AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun əməkdaşı, Vətən müharibəsi iştirakçısı, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Radif Mustafayev tərəfindən aparıldı.







    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR