AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

8 YAŞLI ELİF AZƏRBAYCANA QIZIL MEDAL QAZANDIRDI - Foto, video

  • + A
  • - A
  • 2-07-2025, 16:52

    8 YAŞLI ELİF AZƏRBAYCANA QIZIL MEDAL QAZANDIRDI - Foto, video
    26-29 iyun tarixlərində İstanbul şəhərində bədii gimnastlar arasında beynəlxalq "İnternational Performace Cup 2025" yarışı keçirilib. Azərbaycan, Ukrayna, Türkiyə, Özbəkistan və Maldovadan olan idmançılar aylardır hazırlaşdıqları çıxışlarını təqdim ediblər.

    Türkiyədə keçirilən beynəlxalq yarışda ölkəmizi təmsil edən 2016-cı il təvəllüdlü idmançılar arasında B kareqoriyasında halqa ilə çıxış edən Elif Hacıyeva ən çox bal toplayaraq 1-ci yeri qazanıb və qızıl medalla təltif edilib.

    8 yaşlı idmançı bədii gimnastikada vacib sayılan artistizm üzrə isə kubok qazanıb.

    Qeyd edək ki, beynəlxalq yarışa Azərbaycanın 4 idman klubundan 50-ə yaxın idmançı qatılıb.
    Məşqçilər Nəzirə Salmanzadə və Nigar Xankişiyevanın tələbəsi olan Elif Hacıyeva beynəlxalq yarışda "Su idmanı" klubununu təmsil edib. Klubun idmançıları vətənə ümumilikdə 8 qızıl, 4 gümüş və 1 bürünc medalla dönüblər.












    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR