AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

2025-ci il üzrə “Dövlət dəstəyi ilə istehsal ediləcək film layihələri” müsabiqəsinin pitçinq mərhələsinə keçən layihələr elan olunub

  • + A
  • - A
  • Bu gün, 15:19

    2025-ci il üzrə “Dövlət dəstəyi ilə istehsal ediləcək film layihələri” müsabiqəsinin pitçinq mərhələsinə keçən layihələr elan olunub


    Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Kino Agentliyinin təşkilatçılığı ilə həyata keçirilən 2025-ci il üzrə “Dövlət dəstəyi ilə istehsal ediləcək film layihələri” müsabiqəsinin növbəti mərhələsi başa çatıb.
    Müsabiqəyə 88 layihə təqdim olunub. Bu layihələr 41 yerli film istehsalçısı və prodüser şirkəti tərəfindən təqdim edilmişdir. Layihələrin qəbulu 12 iyun 2025-ci il tarixinədək davam etmişdir.
    Təqdim olunmuş layihələrə Seçim Komissiyası tərəfindən oxunub və müsabiqənin Reqlamentində nəzərdə tutulan meyarlar əsasında qiymətləndirilib. Qiymətləndirmə nəticəsində adları qeyd olunan layihələr pitçinq mərhələsinə keçib.
    Pitçinq mərhələsinin keçiriləcəyi tarixlər barədə iştirakçılara əlavə məlumat rəsmi şəkildə təqdim olunacaq.
    Eyni zamanda, müsabiqənin Reqlamentinə əsasən:
    Tammetrajlı bədii film layihələri üzrə – storibord və tizer,
    Digər layihələr üzrə isə – yalnız storibord
    pitçinq mərhələsindən 3 (üç) iş günü öncəyə qədər Azərbaycan Respublikası Kino Agentliyinə rəsmi e-poçt vasitəsilə təqdim olunmalıdır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR