Bu gün Bakı şəhəri Xətai rayon prokurorluğunda 2001-ci il təvəllüdlü Sevil Atakişiyevanın intihar faktı ilə əlaqədar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin özünü öldürmə həddinə çatdırmanı nəzərdə tutan 125-ci maddəsi ilə cinayət işi açılıb. Bu barədə Azadmedia.az-a Baş prokurorluğun mətbuat xidmətindən məlumat verilib.
"2001-ci il təvəllüdlü Atakişiyeva Sevil Samir qızının fevralın 21-də saat 20 radələrində paytaxtın Xətai rayonu ərazisində yerləşən yeni inşa edilmiş binanın 20-ci mərtəbəsindən özünü ataraq intihar etməsi faktı üzrə toplanmış materiallar əsasında Xətai rayon prokurorluğunda CM 125-ci maddəsi ilə cinayət işi açılıb", - deyə Baş prokurorluğun mətbuat xidmətindən bildirilib.
Baş prokurorluğun mətbuat xidmətindən həmçinin hazırda iş üzrə intensiv istintaq əməliyyat tədbirlərinin həyata keçirildiyini vurğuladılar.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.