AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Borçalı türkləri partiya yaradır? - “Azərbaycanlılar bütün təşkilatlarda olmalıdır"

  • + A
  • - A
  • 12-03-2021, 22:30


    Bu il Gürcüstanda bələdiyyə seçkiləri keçiriləcək. Yerli seçkilərdə bölgələrin fəallığı əsas şərtdir.
    Azərbaycanlıların təmsil olunduğu “Şentvis Sakartvelo” (Gürcüstan sənin üçün) partiyasının sədri Fazil Əlyev bildirib ki, azərbaycanlılar siyasi fəallığı artırmalıdır. Gürcüstanda 500 mindən çox azərbaycanlı yaşayır.

    Ölkədə etnik zəmində siyasi partiya qurmağa icazə varmı? Azərbaycanlıların siyasi partiyalarda birləşməsi prosesi necə gedir?

    “Siyasi böhran davam edir”

    Əslən Borçalıdan olan ziyalı, Milli Cəbhə Partiyası sədrinin birinci müavini Rafiq Daşdəmirli Cebhe.info-ya açıqlamasında deyib ki, ölkədə artıq siyasi fəallıq getdikcə artır: “Hakim “Gürcü Arzusu” partiyası seçkilərə hazırlıqlara başlayıb. Tbilisidə və bölgələrdə bələdiyyə üzvlüyünə və sədrliyinə namizədlər və ya seçki siyahıları ilə bağlı məsləhətləşmələr başlayıb. Gürcüstanda cari ilin 31 oktyabr ayında yerli özünüidarəetmə (mer və bələdiyyə) seçkiləri keçiriləcək.
    Borçalı türkləri partiya yaradır? - “Azərbaycanlılar bütün təşkilatlarda olmalıdır"
    Gürcüstan seçiciləri paytaxt və digər 12 şəhər merini birbaşa səsvermə yolu ilə seçirlər. Bundan əvvəlki yerli özünüidarəetmə orqanlarına seçkilərdə belə imkana yalnız paytaxt sakinləri malik idi. Ümumilikdə bu dəfəki seçkilərdə partiyaların seçkidə iştiraki hələ ki sual doğurmaqdadır. Əvvəlki seçkilərdə, əsas mübarizə hakim "Gürcü arzusu" və müxalifətçi Vahid Milli Hərəkat koalisiyası arasında gedirdi. İndi hələ seçkinin favoritləri bəlli deyil.

    Hazırda parlament böhranı davam edir. Vahid Milli Hərəkat koalisiyasinın 51 üzvü parlament seçkilərinin iclaslarına qoşulmayıb. Buna rəğmən hələ ki, parlament seçkilərindən sonra Gürcüstanda böhran yaşanır. Baş nazirin istefasi, yeni Baş nazirin müxalifət üzvləri ilə görüşməsi, heç bir nəticənin əldə olunmaması hələ də böhranın qaldığını göstərir.

    Bununla əlaqədar Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin şəxsi nümayəndəsi Kristian Danielson paytaxt Tbilisiyə gəlib. Dünəndən etibarən Gürcüstanda iqtidar və müxalifət arasında siyasi dialoqun monitorinqinə başlayacaq. İsveçli diplomat mövcud siyasi böhranın aradan qaldırılması üçün maraqlı tərəflərlə sıx əməkdaşlıq edəcək.

    Danielsonun iştirakı ilə hakimiyyət nümayəndələri və müxalifət arasında danışıqların beşinci mərhələsinin keçiriləcəyi gözlənilir. Şəxsi nümayəndə Gürcüstan Prezidenti Salome Zurabişvili, Baş nazir İrakli Qaribaşvili ilə də görüşəcək”.

    “Azərbaycanlılar bu seçkidə fəal olacaq”

    MCP yetkilisi deyib ki, yerli seçkilərdə bölgələrin fəallığı əsas şərtdir: “Gürcüstanda 200 min erməni, 500 mindən çox azərbaycanlı yaşayır. Əvvəlki seçkilərdə olduğu kimi bu seçkilərdə də azərbaycanlıların iştirakı gözlənilir. Azərbaycanlılar yaşayan əsas şəhər və rayonlarımızda, kənd bələdiyyələrində soydaşlarımızın fəallığı gözləniləndir.

    Nəzərə alsaq ki, Marneuli şəhər meri azərbaycanlıdır. Ona rəğmən də yeni seçkilərdə azərbaycanlıların daha çox iştirakı gözləniləndir. Ölkədə fəaliyyət göstərən iki əsas partiyadan azərbaycanlı namizədlərin olacağı gözlənilir.

    Biz partiya olaraq, soydaşlarımızın partiya quruculuğuna böyük önəm veririk, amma bəzi dostlar bu partiyanın etnik zəmində olmasını istəyirlər. Yəqin ki icazə olsa belə, belə bir partiyanın qurulması həmin millətə xeyr gətirməz. Heç bir zaman etnik zəmində partiya quruculuğuna getmək olmaz.

    Mən həmişə demokratyanin, söz azadlığının birmənalı dəstəkcisi olmuşam. Amma bu mövzu barədə düşünənlər bilməlidirlər ki, dünya dəyişib. Millətçilik heç bir ölkəyə xeyir gətirməyib. 44 günlük vətən müharibəsi göstərdi ki, ölkənin taleyüklü məsələrdə dəmir yumruq kimi bütün vətəndaşlar birləşməlidirlər. Gürcüstanın da qarşısında taleyüklü məsələləri var. İndi qonşu ölkə dəmir yumruq kimi birləşməli, bütün məsələri danışıqlar, dialoq yolu ilə həll etməlidirlər.

    Azərbaycanlılar hər bir partiyada olmalı, ölkənin taleyüklü məsələlərində fəal iştirak etməlidirlər. Siyasi partiyalarda millətindən, dinindən asıl olmayaraq hər kəs təmsil olunmalıdır. Bu elə bir demokratik əsaslı partiya olmalıdır ki, burada hər kəs, həm gürcülər, həm azərbaycanlılar və digər millətlər iştirak etsinlər.

    Bu dünya miqyasında həm partiya kimi həm də xalqlarımızın dostluq rəmzinə çevrilməlidir. Ölkənin firavanlığı hər şeydən önəmli olmalıdır”.

    Aydın
    Cebhe.info


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR