İQLİM DƏYİŞİKLİYİ İLƏ MÜBARİZƏ GÜCLƏNDİRİLİR
BMT-nin yüksək səviyyəli iqlim sammitində dünya liderləri ekstremal hava şəraitinə və iqlim dəyişikliyinə qarşı mübarizəni gücləndirmək qərarına gəlib. Çin Prezidenti Si Cinpin dünyanın ən böyük karbon emitteri olan ölkəsinin 2035-ci ilədək emissiyaları 7-10% azaltmağı hədəflədiyini açıqlayıb. Çin dünyada karbon dioksid emissiyalarının 31%-dən çoxunu buraxır və son illərdə bu rəqəm artmaqda davam edib.
Si Cinpin videomüraciətində 2020-ci il səviyyəsindən etibarən külək və günəş enerjisinin altı dəfə artırılacağını, çirkləndirmə yaratmayan nəqliyyat vasitələrinin genişləndiriləcəyini və əsasən iqlim adaptiv cəmiyyətin qurulacağını vəd edib.
Avropa Komissiyasının Prezidenti Ursula fon der Leyen bildirib ki, Avropa ölkələri infrastruktur və bərpa olunan enerji sahəsində investisiyaları artırıb, karbon qiymətləri yüksəlib və 1940-cı ildən bu yana emissiyaları 40% azaldıb.
Braziliya Prezidenti Luiz İnasiyo Lula da Silva isə iqlim dəyişikliyinin hər kəsi əhatə etdiyini vurğulayıb: “Sərhədlərdə divarlar quraşdırmaq quraqlığı və fırtınaları dayandıra bilməz. Təbiət bombalara və hərbi gəmilərə tabe deyil.”
Sammitdə həmçinin ABŞ Prezidenti Donald Trump-ın bərpa olunan enerji və iqlim dəyişikliyi ilə bağlı tənqidlərinə işarə edilərək beynəlxalq ictimaiyyətin düzgün istiqamətdə fəaliyyətini davam etdirməsi vacibliyi vurğulanıb.