AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Allahşükür Paşazadə: Azərbaycanda məzhəblərarası anlaşma dünya üçün modeldir

  • + A
  • - A
  • Bu gün, 11:44

    Allahşükür Paşazadə: Azərbaycanda məzhəblərarası anlaşma dünya üçün modeldir


    Azərbaycanın adı dünya miqyasında dinlərarası dialoqla yanaşı, islamdaxili anlaşma müstəvisində örnək olaraq vurğulanır.

    Bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə QMİ və dini konfessiyaların Anım Gününün 5-ci ildönümünə həsr edilən birgə iclasında deyib.

    O qeyd edib ki, islamdaxili dialoqun üzləşdiyi problemlər və onların aradan qaldırılması yollarının araşdırılması məsələlərinə həsr olunmuş Bəhreyn tədbirində müstəqil Azərbaycanın timsalında məzhəblərarası anlaşma və qardaşlığın nadir nümunəsi bütün dünyaya model olaraq təqdim edilir:

    "Bu, Azərbaycan dövlət başçısının yeritdiyi siyasətin daha bir uğurlu nəticəsidir. Azərbaycanın qüdrəti sarsılmazdır və müdrik dövlətçilik xətti olduqca zəfərlərimiz də davam edəcək. Bu gün Xankəndi Azərbaycanın Beynəlxalq Zirvə görüşləri keçirdiyi məkan kimi dünyanın gündəmindədir. Xocalıda soyqırımı qurbanlarının memorial abidəsi ucaldılır. Bakıda isə Zəfər Tağı qürurlu qələbəmizi təcəssüm etdirir. Bu, ilahi ədalətin qələbəsi deməkdir. Azərbaycan din xadimləri, bütün dindarlarımız Prezident İlham Əliyevin müdrik daxili və xarici siyasətini, qalibiyyətli siyasi xəttini hər zaman dəstəkləyirlər".


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR