AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Jurnalist Dərya Cəfərova: “Teleqraf hələ də mənim əməkhaqqımı ödəməyib”

  • + A
  • - A
  • Bu gün, 07:42

    Jurnalist Dərya Cəfərova: “Teleqraf hələ də mənim əməkhaqqımı ödəməyib”

    Jurnalist Dərya Cəfərova sosial şəbəkədə işlə bağlı qalmaqallı paylaşım edib. O bildirib ki, Teleqraf Media Qrupunun rəhbəri Aynur Camalqızı onun əmək haqqını ödəməyib.

    “Teleqraf hələ də mənim əməkhaqqımı ödəməyib! Mən bu məsələni paylaşdıqdan sonra öyrəndim ki, nə qədər jurnalistin başına eyni iş gəlib. Çeşidli oyunlar açılıb, məni də guya işdən çıxartdırıblar. Mən təmiz adım və qabiliyyətim sayəsində heç vaxt işsiz qalmaram”, – deyə jurnalist qeyd edib.

    Cəfərova iddia edib ki, adına dekabr ayında gəlir göstərilib, lakin bu vəsait ona çatmayıb:

    “Adıma gəlir göstərmisiniz, amma karta köçməyib. Bəlkə quşlarla göndərmisiniz? Əmək Müfəttişinə niyə hesabat vermirsiniz?”

    Onun sözlərinə görə, əmək kitabçası da özünə qaytarılmayıb.

    Məsələ ilə bağlı paylaşım altında çoxlu rəy yazılıb və istifadəçilərin əksəriyyəti Dərya Cəfərovanın haqlı olduğunu bildirərək, onu dəstəkləyiblər.

    Hələki Aynur Camalqızı və ləğv edilmiş Teleqraf Media Agentliyininrəhbərliyi tərəfindən məsələyə rəsmi münasibət bildirilməyib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR