PEZEŞKİAN: İRAN NÜVƏ SİLAHI HAZIRLAMIR
Yeni peyk görüntüləri göstərir ki, İran iyunda İsraillə 12 günlük müharibə zamanı hədəfə alınan raket istehsalı obyektlərini bərpa etməyə başlayıb. Lakin istehsal prosesinin əsas elementi olan böyük yanacaq qarışdırıcı qurğular hələlik əldə olunmayıb.
Mütəxəssislərin sözlərinə görə, bu avadanlıqların alınması Tehran üçün prioritet sayılır, çünki qarışdırıcılar bərk yanacaq istehsalı üçün zəruridir. ABŞ rəsmiləri və ekspertlər İranın keçmişdə bu tip komponentləri və raket yanacağı maddələrini Çindən əldə etdiyini bildirirlər.
İran Prezidenti Məsud Pezəşkian BMT Baş Assambleyasının 80-ci sessiyasında çıxış edərək, ölkəsinin heç vaxt nüvə silahı əldə etməyə çalışmadığını və buna yönəlməyəcəyini bəyan edib.
Pezəşkian bildirib ki, bölgədə sülh və sabitliyi pozan İsraildir, amma cəzanı İran görür. O, həmçinin qeyd edib ki, İran öz gücünü nüvə silahı ilə deyil, humanist dəyərlərlə möhkəmləndirib.
Prezident çıxışında Qəzzada uşaq ölümlərini törədənləri “insan adını daşımağa layiq olmayan cinayətkarlar” adlandırıb və onların etibarlı tərəfdaş ola bilməyəcəyini vurğulayıb.
Şair Hafiz Sədidən sitat gətirən Pezəşkian deyib: “İnsan ağrısına acımayan, insan adını daşımağa layiq deyil.”
Sonda İran lideri ölkəsinin sülhsevər dövlətlərlə etibarlı tərəfdaş olaraq qalacağını və gələcəyin qarşılıqlı etimad və dostluq üzərində qurulacağını bildirib.