AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Laçında həlak olan hərbçilərə şəhid statusu veriləcək

  • + A
  • - A
  • 17-06-2021, 12:39


    Dünən Laçın rayonunda qəzaya düşərək həlak olan Dövlət Sərhəd Xidməti hərbçilərinə şəhid statusu veriləcək.

    DSX-nin Mətbuat Mərkəzindən “Qafqazinfo”ya bildirilib ki, bu məsələdə qanuna uyğun olaraq addım atılacaq: “Qanunvericiliyə əsasən, yol qəzasında həlak olan hərbi qulluqçularımıza şəhid statusu veriləcək”.

    Xatırladaq ki, hadisə hərbçilər sərhəd-döyüş məntəqələrindən hərbi hissəyə geri qayıdarkən Laçın rayonunun Cicimli kəndi yaxınlığında baş verib. “MAZ” markalı yük avtomobili idarəetmənin itirilməsi səbəbindən yol kənarındakı dərəyə düşüb. Nəticədə avtomobildə olan hərbi qulluqçular - baş leytenant Nəsibov Elməddin Süleyman oğlu və gizir Kamallı Kamal Vilayət oğlu həlak olub.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR