Ümumi təhsil məktəblərinin şagirdləri və məktəbdənkənar təhsil müəssisələrinin dərnək üzvləri arasında keçirilən “Qarabağ uşaqların gözü ilə” respublika onlayn videoçarx müsabiqəsinin qalibləri bəlli olub.
Təhsil Nazirliyi 2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə onlayn keçirilən müsabiqə 3 yaş qrupu (6-9, 10-13, 14-17) üzrə təşkil olunub.
Müsabiqənin nəticələrinə əsasən, Bakı şəhəri 74 nömrəli tam orta məktəbin şagirdi Məryəm Ağasoy I, 281 nömrəli tam orta məktəbin şagirdi Tahir Tağıyev, 270 nömrəli tam orta məktəbin şagirdi Ayxan Abdullayev, 227 nömrəli tam orta məktəbin şagirdi Məryəm Əliquli II, 55 nömrəli tam orta məktəbin şagirdi Mərziyə Hacılı, 161 nömrəli tam orta məktəbin şagirdi Ziynət Abdullahzadə, 69 nömrəli tam orta məktəbin şagirdi Elxan Kazımlı III yerə layiq görülüblər.
Müsabiqədə fərqlənən 87 nömrəli tam orta məktəbin şagirdi Yetər Səfərova, 211 nömrəli tam orta məktəbin şagirdi Cəmil Abbaszadə, 96 nömrəli tam orta məktəbin şagirdi Hidayət Həbibli, 189-190 nömrəli tam orta məktəbin şagirdi Asiya Zərbəliyeva, 269 nömrəli tam orta məktəbin şagirdi Səyyarə Həsənli isə həvəsləndirici yeri tutub.
Müsabiqənin məqsədi Qarabağın qədim tarixi, mədəniyyət abidələri, ədəbiyyatı, incəsənəti, adət-ənənələri barədə məktəblilərin maarifləndirilməsi, böyüməkdə olan gənc nəsildə Vətənə, torpağa məhəbbət hissinin artırılması və hərbi-vətənpərvərlik ruhunun təbliği, uşaq və gənclərin yaradıcılıq qabiliyyətlərinin inkişaf etdirilməsi, asudə vaxtlarının səmərəli təşkili, həmçinin istedadlı uşaq və gənclərin aşkar edilməsindən ibarətdir.
Qeyd edək ki, hər yaş qrupu üzrə I, II, III və həvəsləndirici yerlərə layiq görülən iştirakçılar Təhsil Nazirliyinin diplom və hədiyyələri ilə təltif olunub.