AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

İnformasiya müharibəsi dövründə ölkənin yeganə fransızdilli saytı və qəzeti MEDİA-nın diqqətindən kənarda qaldı

  • + A
  • - A
  • 2-07-2021, 01:12


    Azərbaycan həqiqətlərini Fransa və fransızdilli auditoriyaya çatdıran, ölkəmizi təbliğ edən, yeganə frankofon media layihə olan www.lecarrefour.az saytının Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi tərəfindən onlayn media subyektlərinin (veb-saytların) inkişafı, iqtisadi müstəqilliyinin gücləndirilməsi, fəaliyyətinin təkmilləşdirilməsi, habelə dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən layihələrin həyata keçirilməsi məqsədilə təşkil edilən müsabiqənin qalibləri sırasında olmamasına çox üzüldüm.
    Qalibləri təbrik edirəm!


    Bu sözləri ölkədə yeganə fransızdilli sayt və qəzetə rəhbərlik edən “Le Carrefour” qəzetinin Baş redaktoru, tanınmış jurnalist Zeynab Kazımova sosial şəbəkələrdə bildirib. Zeynab xanım təəssüflə bildirib ki, Azərbaycan həqiqətlərini Fransa və fransızdilli auditoriyaya çatdıran, ölkənin yeganə frankofon media layihəsi olan lecarrefour.az saytı IP üçün "Gəlin qaynı ilə qaçdı", " Ər arvadını doğradı" və s.tipli xəbərlər yaymalıdır? Maraqlıdır ki, musabiqənin "ekspertler"ini nədənsə ancaq IP maraqlandırıb, Azərbaycanın təbliğatı, xüsusilə fransizdilli auditoriyaya öz dilində məlumatların çatdırılması, haqq səsimizin esidilməsi, Cənab Prezidentin öz çıxışlarında dəfələrlə qeyd etdiyi xarici media resursları ilə əlaqələrin qurulması və Qarabağ həqiqətlərinin xarici mediada isıqlandırılması üçün xaricidilli medianın imkanlarından istifadə edilməsi tezisləri maraqlandırmayıb. Belə yanaşma olsaydı, bu media subyekti nəzərə alınardı. Basqa səbəb görmürəm. Saytın müraciət üçün butun sənədləri yerindədir. Sadəcə İP aşağıdır ki, bu da təbiidir, çünki bu spesifik bir media layihəsidir, maliyyə dəstəyi verilsə, inkisaf edər. Öz imkanı hesabına nə mümkündürsə, olunub. 15 ildir heç bir dəstək almayan qəzetin gördüyü işləri nəzərə alan yoxdur.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR