Azadmedia.az xəbər verir ki, bunu Ədliyyə Nazirliyinin İnformasiya və kommunikasiya texnologiyaları idarəsinin rəisi Ağakərim Səmədzadə deyib.
Onun sözlərinə görə, bu köşklər ilk dəfə hava limanı ərazisində qoyulmuşdu:
"Bu köşklər vasitəsilə borca görə ölkədən çıxışına qadağa qoyulan şəxslər borcunu hava limanında olarkan ödəyib avtomatlaşdırılmış rejimdə aidiyyəti proseduru həyata keçirərək ölkədən çıxa bilərdi.
Hazırda həmin köşklərdə göstərilən notariat xidmətləri daha rahat və geniş formada həftənin bütün günləri 24 saat ərzində “Mobil notariat” tətbiqi üzərindən təqdim olumur. Mobil tətbiq vasitəsilə notariat hərəkətlərinin rəsmiləşdirilməsi heç də sənədlərin etibarlılığını aşağı salmır. Sənədlər toplanır və notarius sənədləri prosedur qaydaları çərçivəsində təsdiqləndikdən sonra vətəndaşa geri göndərilir".
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.