Üç ölkənin hərbçilərindən birgə kiberəməliyyat

“Birliyin Gücü-2026” təlimində xüsusi tapşırıqlar icra olunub
Azərbaycan, Türkiyə və Özbəkistan hərbçiləri “Birliyin Gücü-2026” hərbi təlimində kiberəməliyyat fəaliyyətləri üzrə birgə tapşırıqları yerinə yetiriblər.
Müdafiə Nazirliyinin yaydığı məlumata əsasən, “Qızılqaya” Təlim Mərkəzində keçirilən təlimdə üç ölkənin hərbi qulluqçuları vahid komanda şəklində kiberəməliyyat qrupu kimi fəaliyyət göstəriblər.
Təlim çərçivəsində kiberhücumların qarşısının alınması, informasiya-kommunikasiya sistemlərinin təhlükəsizliyinin təmin edilməsi və bölmələrin taktiki fəaliyyətinin dəstəklənməsi üzrə tapşırıqlar icra edilib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.