AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

PUTİN RUSİYA ORDUSUNUN ŞTAT SAYINI ARTIRIB

  • + A
  • - A
  • Bu gün, 21:49

    PUTİN RUSİYA ORDUSUNUN ŞTAT SAYINI ARTIRIB


    Rusiya Silahlı Qüvvələrinin ştat sayı artırılıb. Prezident Vladimir Putin bununla bağlı yeni fərman imzalayıb.
    Fərmana əsasən, Rusiya Silahlı Qüvvələrinin ümumi ştat sayı 2 milyon 441 min 630 nəfərə çatdırılıb. Onlardan 1 milyon 550 min 500 nəfəri hərbi qulluqçulardır.

    Yeni göstərici iyunun 12-də müəyyən edilmiş əvvəlki ştat sayı ilə müqayisədə 42 min 500 nəfər çoxdur. Hərbi qulluqçuların sayında isə artım 40 min 500 nəfər təşkil edib.
    Putin hökumətə fərmanın icrası üçün tələb olunan maliyyə vəsaitinin federal büdcədə nəzərdə tutulmasını tapşırıb.

    Qeyd edək ki, Rusiya prezidentinin iyunun 12-də imzaladığı əvvəlki fərmana əsasən, Silahlı Qüvvələrin ştat sayı 2 milyon 399 min 130 nəfər, hərbi qulluqçuların sayı isə 1 milyon 510 min nəfər idi.

    Bundan əvvəl Putin Rusiyanın Ukraynadakı müharibə zonasındakı hərbi qruplaşmasının sayının 700 mindən çox olduğunu açıqlamışdı.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR