AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Baş Prokurorluq ilə Avropa Şurası arasında səmərəli əməkdaşlıq davam edir

  • + A
  • - A
  • 5-03-2022, 19:16

    Baş Prokurorluq ilə Avropa Şurası arasında səmərəli əməkdaşlıq davam edir

    Martın 4-də Baş Prokurorluq ilə Avropa Şurası və Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyası arasında olan əməkdaşlıq çərçivəsində Baş Prokurorluğun Hüquqi təminat və insan hüquqları məsələləri idarəsinin rəis müavini, HELP milli tyutoru Günay Əyyubova tərəfindən Avropa Şurasının HELP Platforması üzərindən 11 hakim və 12 prokurorluq işçisinə "Cinayət prosesində prosessual təminatlar və qurbanların hüquqları" distant kursun keçirilməsinə başlanılmışdır.
    Kursun açılışında Avropa Şurasının Məhkəmə və İnsan Hüquqları üzrə Təlim Departamentinin layihə meneceri cənab Mamuka Longurashvili, Avropa Şurasının Məhkəmə və İnsan Hüquqları üzrə Təlim Departamentinin rəhbəri xanım Eva Pastrana, Avropa Şurasının Məhkəmə və İnsan Hüquqları üzrə Təlim Departamentinin layihə meneceri xanım Ana-Maria Telbis və Azərbaycan Respubliksı Ədliyyə Nazirliyi Ədliyyə Akademiyasının dekan müavini Günel Sadıqova çıxış etmişlər.
    Giriş nitqi və çıxışlar dinlədildikdən sonra Baş Prokurorluğun Hüquqi təminat və insan hüquqları məsələləri idarəsinin rəis müavini, HELP milli tyutoru Günay Əyyubova tərəfindən “Cinayət prosesində prosessual təminatlar və qurbanların hüquqları” HELP kursunun təqdimatı keçirilmişdir.
    Təqdimat zamanı kurs barədə məlumat verilmiş, kursun əhatə dairəsi, əldə ediləcək bilik sahələri, Avropa Məhkəməsinin presedent hüququ və digər məsələlər barədə məlumat verilmiş, kursun 2 ay müddətində davam edəcəyi bildirilmişdir.
    Yekunda iştirakçılar özlərini təqdim etməklə, kursdan gözləntiləri barədə çıxış etmişlər.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR